Əvəzedicilər Liqasında X turun oyunları keçirilir.
İdman.Biz xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub. "Şamaxı-2" doğma meydanda "Neftçi-2"ni qəbul edib.
Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Şamaxı təmsilçisi turnir cədvəlində 8 xalla 9-cu, "Neftçi-2" isə 19 xalla 2-ci pillədə qərarlaşıb.