top
Samara Qonsalveş: Azərbaycan mənim üçün doğma ölkəyə çevrilib Idman.biz
18 oktyabr 2025, 14:03
- ↺ +

Samara Qonsalveş: Azərbaycan mənim üçün doğma ölkəyə çevrilib

Samara Qonsalveş - "Qarabağ" futbol klubunun aparıcı oyunçularından biri olan Kadi Borgesin həyat yoldaşıdır. O, artıq bir neçə ildir ki, ərinin və uşaqlarının yanında Azərbaycan­da yaşayır, təbii ki, qısa müddətlik fasiləni nəzərə almasaq.

Braziliyalı futbolçu ilk dəfə Ağdam klubunda 2021-2022 mövsümündə çıxış edib və həmin dövrdə 28 qol vurub. Bundan sonra onunla komandanın yolları bir müddətlik ayrılıb. Lakin bu ilin fevralında futbolçu "Qarabağ"a geri dönüb və bu xəbər azarkeşləri çox sevindirib.

Samara da əri ilə birlikdə yenidən Bakıya qayıdıb. Azərbaycan onun üçün doğma ölkəyə çevrilib: o, Kadi Borgeslə burada ailə qurub, cütlüyün iki qızı da məhz Bakıda dünyaya gəlib.

İdman.Biz Samara Qonsalveşlə futbol, Azərbaycandakı həyatı və Kadi Borgeslə tanışlığı barədə söhbətləşib.

- Sizin haqqınızda çox az məlumat var...

- Mən Braziliyanın cənubundakı Kuritiba şəhərində, Parana ştatında anadan olmuşam. Səyahət etməyi, ailəmlə vaxt keçirməyi, idman zalına getməyi və yeni yerləri, mədəniyyətləri kəşf etməyi çox sevirəm.

- Adınız çox gözəl və qeyri-adi səslənir. Onun müxtəlif mənalar daşıdığını bilirsinizmi?

- Bu adı mənə anam qoyub - sadəcə, xoşuna gəlib. Düzünü desəm, onun mənşəyi ilə heç vaxt maraqlanmamışam. Amma biz ərimlə Rusiyada yaşadığımız dövrdə maraqlı bir şey öyrəndim: orada mənim "şərəfimə" adlandırılan şəhər, avtomobil markası və hətta bir futbol komandası var idi. Kadi o komandaya qarşı oynamışdı (gülür).

- Yeri gəlmişkən, həyat yoldaşınızla necə tanış olmusunuz?

- Mən Kadini sosial şəbəkə vasitəsilə tanımışam. O zaman o, Portuqaliyada, mən isə Braziliyada yaşayırdım. Hər şey onun mənə göndərdiyi bir mesajla başladı. Zamanla aramızda hisslər yaranmağa başladı. Təxminən bir il onlayn yazışdıq. Sonra Kadi Braziliyaya gəldi və biz ilk dəfə orada görüşdük. Həmin an anladım ki, o, mənim üçün təkdir. Sonra bir müddət ayrı yaşadıq. Lakin onu Azərbaycana dəvət etdikdə qərara gəldik ki, mən də onunla gedim. O vaxtdan bəri ayrılmamışıq. Mən və Kadi Azərbaycanda ailə qurduq və burada gözəl bir ailə yaratdıq. Qızlarımızın hər ikisi də Bakıda doğulub.

- Ərinizlə tanış olmamışdan əvvəl futbolla maraqlanırdınızmı?

- Açığı, futbola heç vaxt xüsusi marağım olmayıb, oyunun qaydalarını da yaxşı bilmirdim. Kadi ilə tanış olmamışdan əvvəl futbol stadionunda cəmi bir dəfə olmuşdum. Amma onunla münasibətlərimiz başlayandan sonra hər şey dəyişdi. Futbola daha çox maraq göstərməyə və onu anlamağa başladım. İndi isə futbol həyatımın ayrılmaz bir hissəsidir.

- İndi ərinizin bütün oyunlarına baxırsınız?

- Əlbəttə! "Qarabağ"ın bütün oyunlarını izləyirəm və fürsət düşdükcə stadionda da oluram. Oyunlara baxmaq hər zaman həyəcanlıdır, amma bu, çox gözəl bir hissdir. Matçlardan əvvəl həmişə Kadiyə uğurlar arzulayıram və hər şeyin yaxşı keçməsi üçün dua edirəm. Onun arzularını gerçəkləşdirdiyini görmək mənə böyük sevinc verir. "Qarabağ"ın hər qələbəsi bizim - azarkeşlərin də sevincidir.

Samara Qonsalveş və Kadi Borxes Qəbələdə

- Futbolla bağlı ailənizdə xüsusi ənənələr varmı?

- Xüsusi bir ənənəmiz yoxdur, amma böyük qələbələrdən sonra bəzən birlikdə restorana gedib axşam yeməyi yeyirik.

- Azərbaycana gələcəyinizi ilk dəfə eşidəndə reaksiyanız necə oldu?

- Əslində, əvvəlcə bir qədər narahat idik, çünki ölkə haqqında çox az məlumatımız var idi. Axı Azərbaycan bizim doğulduğumuz yerlərdən çox uzaqdadır. Biz ölkə barədə araşdırmağa başladıq, burada olmuş braziliyalılarla danışdıq. Onların dediklərinə əsasən, Bakı çox müasir, dinamik və maraqlı şəhərdir. Buna görə də bu macəraya çıxmağa qərar verdik.

- Adaptasiya prosesi çətin olmadı ki?

- İlk vaxtlar bir qədər həyəcanlı idim, çünki hər şey yeni idi. Amma deməliyəm ki, çox yaxşı uyğunlaşdım. Artıq uzun müddətdir burada yaşayırıq və gündəlik həyatımızı tam şəkildə qurmuşuq. Qızım Bakıda beynəlxalq məktəbdə oxuyur və o da yaxşı uyğunlaşıb. Azərbaycanda qızlarımı böyütmək mənim üçün çox rahatdır: burada təhlükəsizlik yüksək səviyyədədir və insanlar uşaqları çox sevirlər. Bundan əlavə, mənə qızlarla kömək edən bir nəfər var, buna görə günümü yaxşı planlaşdıra bilirəm.

- Azərbaycanda dostlar tapa bildinizmi?

- Bəli! Burada həm azərbaycanlılar, həm də burada yaşayan braziliyalı ailələr arasında çoxlu dostlarımız var. Tez-tez birlikdə yeməyə və ya qəhvəyə toplanırıq.

- Azərbaycanda ən çox nəyə vurulmusunuz?

- Mən Azərbaycanda çox şeyləri sevirəm, birini seçmək çətindir. Əvvəla, buradakı insanlar çox mehriban və qonaqpərvərdir. Azərbaycan mətbəxinə də vurulmuşam, xüsusən də çörəyə. Adını bilmirəm, amma içi elə yumşaq və havalı olur ki! Və, əlbəttə, çay – tamamilə ürəyimi fəth edib. Hər gün içirəm. Etiraf edim, əvvəllər öyrəşmək çətin idi, amma indi onsuz yaşaya bilmirəm.

Bir də qeyd etmək istəyirəm ki, Bakı çox gözəl şəhərdir! Burada çoxlu pişik var və insanlar onlara qayğı göstərir. Bu da şəhəri sevməyimin səbəblərindən biridir. Axı mənim özümün də sevimli pişiyim var – Teodoro adlı, onu Macarıstandan bura gətirmişəm. Ümumiyyətlə, Bakı məni həqiqətən heyran edib. Bir neçə ölkədə yaşamışam və tam əminliklə deyə bilərəm ki, Bakı mənim ən sevdiyim şəhərdir. Buraya qayıtdığımız üçün çox xoşbəxtəm.

Teodoro

- Sizcə, Braziliya və Azərbaycan mədəniyyətləri arasında oxşarlıq varmı?

- Məncə, bu iki mədəniyyət tamamilə fərqlidir. Amma bu, əladır! Mən həm Braziliya, həm də Azərbaycan mədəniyyətini çox sevirəm. Əlbəttə, bəzən vətənimi, xüsusilə də milli yeməklərimizi darıxıram. Amma bu, problem deyil, çünki Azərbaycan mətbəxi də, dediyim kimi, çox gözəldir.

- Ən sevdiyiniz braziliya yeməyi hansıdır?

- Çurrasko. Bu, braziliya barbeküsüdür. Biz, braziliyalılar, odda ət bişirməyi çox sevirik və tez-tez bir araya gəlib belə axşamlar təşkil edirik.

Leyla Eminova

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:25

Etan Mbappeni UEFA Çempionlar Liqasında 3 oyunla diskvalifikasiya etdi

Basketbol
Dünən, 17:40

“Sumqayıt” basketbol komandası Hüseyn Əsgərli ilə bir illik müqavilə imzaladı

Futbol
Dünən, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
Dünən, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
Dünən, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
Dünən, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
Dünən, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Futbol
Dünən, 05:36

Barselonanın gənc futbolçusu Cessi Bisivu Belçika U-21 və Qana millisi arasında seçim etməlidir

Futbol
Dünən, 03:44

Məhəmməd Salahın Misir milli komandadan çıxması ölkədə mübahisələrə səbəb oldu

Futbol
Dünən, 02:38

Arsenal, Tottenham, Liverpool və Manchester United Manchester City-yə qarşı 800 milyon funtluk iddia hazırlayır

Futbol
Dünən, 02:13

Klopp ilk məğlubiyyətdən sonra sakit qalır: Bu, prosesin bir hissəsidir

Futbol
Dünən, 01:47

Kamavinqa Fransa millisinin hücumçularının vəzifələri barədə açıqlama verdi

Futbol
Dünən, 01:28

İspaniya mətbuatı Braziliya milli komandasını ‘Barselona’ stilinə bənzətdi

Güləş
27 sentyabr 2026, 23:40

Azərbaycan çimərlik güləşində iki qızıl üç bürünc medal qazandı, tarixdə ilk dəfə dünya çempionu oldu

Futbol
27 sentyabr 2026, 23:23

Qəbələ ilə Karvan-Yevlax arasında qolsuz bərabərlik

Şahmat
27 sentyabr 2026, 22:38

Vüqar Əsədlinin rəhbərliyi altında Qətər şahmat komandası Səmərqənddə qrup birinciliyini qazandı

Futbol
27 sentyabr 2026, 21:24

Jalə Məhsimova “Neftçi”də davam edəcək

Futbol
27 sentyabr 2026, 19:57

İmişli, Araz‑Naxçıvanı 1:3 hesabı ilə məğlub etdi

Futbol
27 sentyabr 2026, 19:30

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Futbol
27 sentyabr 2026, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
27 sentyabr 2026, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
27 sentyabr 2026, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
27 sentyabr 2026, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Futbol
27 sentyabr 2026, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Oxşar xəbərlər