top
Salifu Suma: Zirədəki günlərim zəngin idi, hər şeyimi verdim Idman.biz
25 iyul 2025, 09:26
- ↺ +

Salifu Suma: "Zirə"dəki günlərim zəngin idi, hər şeyimi verdim

"Zirə"dən 1,3 milyon avroya İsveçin "Malmö" klubuna transfer olunan Salifu Sumanın Offsideplus.az-a müsahibəsi

- Salam, Salifu. Necəsiniz? Haralardasınız?

- Yaxşıyam, çox sağ olun. İndi İsveçdəyəm.

- Fiziki durumunuz necədir?

- Özümü fiziki olaraq əla hiss edirəm.

- Bir müddət Fransada oynayıb, sonra "Zirə"yə keçdiniz. Bu klubda istədiklərinizə nail oldunuz?

- Tamamilə. "Zirə"dəki günlərim zəngin idi. Yaxşı komanda, yaxşı baş məşqçi və rəqabətli liqa tapdım. Burada çoxlu xoş xatirələrim var.

- "Zirə" ilə 2023-24 və 2024-25 mövsümünüzü necə dəyərləndirərdiniz?

- Həm meydanda, həm də meydandan kənar çox şey öyrəndiyim 2 mövsüm oldu. Bu klub üçün hər şeyimi verdim və birlikdə nail olduqlarımıza görə çox şadam.

- Beləliklə, "Malmö". Transfer prosesi necə baş verdi?

- Çox gərgin və pozitiv bir dönəm idi. Müzakirələr ciddi və qarşılıqlı hörmət əsasında idi. Hiss elədim ki, "Malmö" həqiqətən də məni istəyir. Onların idman layihəsinə inandım. Klublar arasında hər bir şey hörmətin saxlanılması ilə baş tutdu.

- "Malmö"nü seçməkdə əsas faktor nə oldu?

- Bu klub ambisiyalıdır, əsl Avropa tarixi var və çox peşəkar struktura malikdirlər. Kluba hədəflərinə çatmağa yardım edərək, özümün də inkişaf edəcəyimi hiss etdim.

- Sizə təklif göndərən Azərbaycan və xarici klublar var idi?

- Bəli, bəzi danışıqlar olmuşdu, lakin karyeramın bu mərhələsində fərqli liqalarda yeni çelenc axtarışında idim. Avropanın başqa klubları da mənimlə əlaqə saxlamışdı. Adlarını məxfiliyi qorumaq üçün açıqlamayacam. "Malmö" mənim üçün ən bariz seçim idi.

- Azərbaycanda hədəfləriniz nə idi? "Malmö"yə keçəndən sonra nə isə dəyişib?

- Hədəfim "Zirə"yə inkişaf etməyə, avrokuboklara vəsiqə qazanmağa və futbolçu kimi böyüməyə yardım etmək idi. "Malmö"də də hədəflərim eyni qalır, ambisiyam dəyişməyib: İnkişaf etmək, komandaya dəstək göstərmək və performansı yüksək səviyyədə saxlamaq.

- Rəşad Sadıqov mətbuat konfransında demişdi ki, "Sumanın ən uğurlu oyunu "Qarabağ"a qarşı olub". Razılaşırsınız? Sizin üçün Azərbaycanda ən yaddaqalan oyun hansı idi?

- Bu sözləri eşitmək şərəfdir. "Qarabağ"a qarşı oyun emosional idi. Lakin hər bir oyunun xüsusi bir qatqısı var. Komandamın gözləntiləri aşdığı oyunları da xatırlayıram.

- "Zirə"nin heyətində sizi izləmək zövq verirdi. Qoldan sonra rəqsiniz də başqa idi. Bəlkə bir az da həmin qol sevinci barədə danışasınız?

- Çox sağ olun, həqiqətən minnətdaram. Futbolun əyləncəsini bu formada qeyd edirəm. Rəqs mənim ölkəmdən – Qvineyadan gəlir. Bu, milli rəqsdir, qol vuranda və ya qələbə qazananda sevincimi azarkeşlərlə bölüşməyi sevirəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:30

Rafael van der Vaart 'Qızıl top' favoritini Mbappe kimi seçdi

Futbol
Bu gün, 11:12

Barselona, Bavariya və Çelsi "Brayton"un müdafiəçisi Luka Vuşkoviçin transferinə maraqlıdır

Futbol
Bu gün, 11:00

Leqbo: 3-2 qələbəsində oyundan qopmadıq

Digər
Bu gün, 10:48

U-14 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku başlayıb - VİDEO

Digər
Bu gün, 10:30

"Çelsi" və "Arsenal"ın keçmiş futbolçusu iki ilə qədər futboldan uzaqlaşdırıla bilər

Futbol
Bu gün, 10:00

Dileyn Açimi, Gəncəbasarın 12 qolu ilə üç Premier Liqası klubu tərəfindən maraqlanır

Digər
Bu gün, 09:50

Veteran cüdoçularımız Avropa çempionatında daha iki medal qazanıblar - FOTO

Qarabağ FK
Bu gün, 09:47

“Qarabağ” UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq

Digər
Bu gün, 09:40

"Xetafe" Ceydon Sançoya "Mançester Yunayted" də aldğından 25 dəfə az maaş təklif edib

Digər
Bu gün, 09:31

Holand “Real Madrid” və “Barselona”ya xüsusi şərt irəli sürəcək

Digər
Bu gün, 09:25

Futbola baxmaq üçün arvadını zirzəmiyə saldı

Digər
Bu gün, 08:43

“Barselona” ilə adı hallanan Fabreqas gələcəyi ilə bağlı qərarını açıqladı

Digər
Bu gün, 08:40

Məşqdə huşunu itirən Vensan Kompani helikopterlə xəstəxanaya götürüldü

Futbol
Bu gün, 08:20

Şəfa, Kəpəz ilə SOCAR Polymer Arena’da qarşılaşır

Futbol
Bu gün, 08:16

PSJ Kvaratsxeliyanı əvəzləmək üçün Atletico-dan Niko Uilyamsa baxır

Futbol
Bu gün, 08:00

Kriştiano Ronaldu dünyanın ən çox qazanan futbolçusu olub

Futbol
Bu gün, 07:39

Çelsi, 100 milyon avrodan artıq təkliflə Fermin Lopesu Barselona'dan almağa çalışır

Digər
Bu gün, 07:14

“Liverpul” 19 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır

Digər
Bu gün, 06:37

Telyo: “Mbappe böyük futbolçudur, amma ən yaxşısı Lamin Yamaldır”

Futbol
Bu gün, 06:08

Real Madrid baş məşqçisi Mourinyonun oyunçularla münasibətləri yaxşılaşdırma təşəbbüsü

Futbol
Bu gün, 05:11

“Flamengo”da çıxış edən keçmiş “Chelsea” və “Arsenal” futbolçısı dopinq ittihamı ilə üzləşib – uzun müddətli diskvalifikasiya riski

Futbol
Bu gün, 04:15

Xabi Alonso “Çelsi”nin müdafiə və hücumunda irəliləyiş olduğunu açıqladı

Futbol
Bu gün, 03:01

Bakıda keçirilən FIFA U-15 çempionatı Avropa klublarının skautları üçün yeni istedad axtarışı məkanıdır

Cüdo
Bu gün, 02:23

Nazim Sadıxov New Yorkda “THE KAGE: Chapter 01” şousunda şərhçi və çempionluq kəmərini təqdim edən kimi çıxış edəcək

Oxşar xəbərlər