"Liverpul" futbolçusu Məhəmməd Salahla yeni müqavilə danışıqlarına başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
32 yaşlı futbolçu baş məşqçi Arne Slotin ona münasibətini bəyənir və klubdan ayrılmaq fikrindən daşınıb.
Salahın klubla müqaviləsi mövsümün sonunda başa çatır. Futbolçunun adı Səudiyyə Ərəbistanı klubları ilə hallanırdı.
Misirli hücumçu bu mövsüm 36 oyunda 28 qol vurub, 19 məhsuldar ötürmə edib.