"Liverpul"un misirli ulduz futbolçusu Məhəmməd Salah 2018-ci ildə Çempionlar Liqasının finalında Serxio Ramosla yaşadığı məşhur epizod barədə danışıb.
İdman.biz xəbər verir ki, M.Salahın həmin hadisə barədə açıqlamasını insayder Fabritsio Romano öz "Facebook" səhifəsində dərc edib.
Xatırladaq ki, "Liverpul" – "Real Madrid" qarşılaşmasının ilk hissəsində Ramosla Salahın mübarizəsi zamanı ispaniyalı müdafiəçi onun qolundan dartaraq yerə yıxmışdı. Nəticədə M.Salah çiyinindən ciddi zədə almış və 30-cu dəqiqədə oyunu tərk etməyə məcbur qalmışdı. Bu hadisə finalın və ümumilikdə futbol tarixinin ən çox müzakirə olunan məqamlarından birinə çevrilmişdi.
M.Salah həmin epizodla bağlı illər sonra bunları deyib:
"İnsanlar düşünür ki, bu, sadəcə bir zədə idi. Amma mən həmin an anladım ki, futbolda hamı bir-birinə eyni hörmətlə yanaşmır. Bəzi futbolçular sənə uduzmaqdansa, səni zədələməyə üstünlük verirlər".