"Liverpul"un hücumçusu Mohammed Salah "Aston Villa" ilə qarşılaşmada 1 qol və 1 ötürmə ilə yadda qalıb.
İdman.biz xəbər verir ki, bu, misirli futbolçunun Premyer Liqada 35-ci belə oyunu olub.
Bu göstəricidə"Mançester Yunayted"in keçmiş futbolçusu Ueyn Runi rekordçudur. Onun hesabında 36 qol və ötürmə ilə nəticələnən oyun var.
Qeyd edək ki, 11-ci turda 2:0 hesabı ilə qaib gələn "Liverpul" 28 xalla ən yaxın izləyicisini 5 xal qabaqlayır.
İdman.biz