top
Salah Qarabağla oyunda əsas heyətdəki yerini itirə bilər Idman.biz
20 oktyabr 2025, 16:26
- ↺ +

Salah "Qarabağ"la oyunda əsas heyətdəki yerini itirə bilər

"Liverpul"un əfsanəsi Ceymi Karrager bildirib ki, Məhəmməd Salah artıq komandanın start heyətində zəmanətli yerə sahib olmamalıdır.

İdman.Biz-in məlumatına görə, İngiltərə Premyer Liqasının VIII turunda "Mançester Yunayted"ə 1:2 hesabı ilə uduzduqdan sonra klubun keçmiş müdafiəçisi qeyd edib ki, misirli hücumçu hazırda eniş dövrü keçirir və istirahətə ehtiyacı var.

"Düşünürəm ki, artıq elə bir mərhələyə çatmışıq ki, Məhəmməd Salah hər oyuna start heyətində çıxmalı olan futbolçu deyil. Bu, baş məşqçi üçün ciddi dilemmanın başlanğıcıdır", - deyə Karrager "The Gary Neville Podcast"də bildirib.

O, həmçinin əlavə edib ki, Arne Slot Salahı artıq qarşıdakı oyunlarda ehtiyatda saxlamalıdır:

"Məncə, Salah Vircil van Deyk kimi adını start siyahısına birinci yazılan oyunçu olmamalıdır. "Liverpul"u iki səfər oyunu gözləyir - Çempionlar Liqasında "Ayntraxt"a qarşı və Premyer Liqada "Brentford"la matç. Hesab edirəm ki, Salah bu iki oyunun hər ikisinə start heyətində çıxmamalıdır. O, "Enfild"də həmişə oynamalıdır, çünki orada komanda dominant olur və o, rəqib qapısı qarşısında daha çox şans qazanır. Amma səfərdə, indiki forması ilə, düşünürəm, ona istirahət vermək daha doğru olar", – deyə "Liverpul"un sabiq oyunçusu vurğulayıb.

Karrager qeyd edib ki, Salah artıq ardıcıl yeddi Premyer Liqa oyununda qoldan uzaq qalıb. Bu, onun 2017-ci ildə "Liverpul"a keçidindən bəri ən uzun qolsuz seriyasıdır. Əgər misirli hücumçu bu seriyanı qıra bilməsə, çox yaxın vaxtlarda əsas heyətdəki yerini itirə bilər.

"Yaşın otuzu keçəndə və ən yaxşı oyununu göstərməyəndə, bəzən yerini başqasına verməli olduğunu dərk etməlisən. Əgər qol vurmursansa, baş məşqçi səni ehtiyatda saxlayarsa, bundan şikayət etməyə haqqın yoxdur", - deyə futbol mütəxəssisi bildirib.

Sabiq müdafiəçi mümkün alternativ variant da təklif edib:

"Bəlkə, səfər oyunlarından birində sağ cinahda Frimponqu sınamaq olar. O, həm müdafiəyə kömək edər, həm də hücumda sürət və aqressiya əlavə edə bilər".

"Sky Sports"un yazdığına görə, "Liverpul"un baş məşqçisi Arne Slot hələ ki, Salaha etimad göstərir. Lakin son nəticələrdən sonra misirli futbolçu üzərindəki təzyiq artır - xüsusən də "mersisaydlılar"ın həm Premyer Liqada, həm də Çempionlar Liqasında uğursuz çıxışından sonra. Xatırladaq ki, komanda sonuncu matçında İstanbulun "Qalatasaray" klubuna 0:1 hesabı ilə uduzub.

Misirli futbolçunun "Liverpul"la müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Bununla belə, klub rəhbərliyi hücum xəttində yenidənqurma aparmaq və komandada Aleksander İsakla Florian Virtsin üzərində oyun sistemi qurmaq niyyətindədir. Hər iki futbolçuya ötən yay 240 milyon funt sterlinq sərmayə qoyulub.

Xatırladaq ki, Ağdamın "Qarabağ" klubu 2026-cı il yanvarın 28-də "Liverpul"la səfərdə qarşılaşacaq. Hazırda "Qarabağ" altı xalla turnir cədvəlində 6-cı, Arne Slotun yetirmələri isə üç xalla 17-ci pillədə qərarlaşıb.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Oxşar xəbərlər