"Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev Çempionlar Liqasının ilk turunda Ağdam təmsilçisinin "Benfika" ilə oyununda paltardəyişmə otağında söhbətin təfərrüatlarını bölüşüb.
İdman.biz bildirir ki, oyun "Qarabağ"ın 3:2 hesabı ilə tarixi qələbəsiylə yekunlaşıb.
"Məşqçi oyundan əvvəl dedi: "Uşaqlar, bəlkə də bir daha Çempionlar Liqasının qrup mərhələsində, belə böyük stadionlarda oynamaq şansımız olmayacaq". "Benfika" 2-1 hesabı ilə irəlidə olanda Qurban Qurbanov fasilədə dedi ki, "Unutmayın, bu, Çempionlar Liqasıdır! Həzz alın. Oynayın! Və uşaqlarda alındı", - Məhəmmədəliyev "Çempionat"a bildirib.
Futbolçu qeyd edib ki, komanda zəif startdan sonra toparlanıb və oyunda dönüş yaradıb: "İlk hissədə iki qol buraxdıq, lakin sonra oyuna nəzarəti ələ aldıq. Daha çox şanslar yaratdıq və özümüzə inandıq. Biz hazırlaşırdıq və baş məşqçinin bütün göstərişlərinə əməl edirdik. Ən azından uduzmamcağı düşünürdük, amma Allah bizə qələbə nəsib etdi".
İdman.biz