top
Şahruddin Məhəmmədəliyev: Komandamızı qınamaq yox, onunla fəxr etmək lazımdı Sport24.az
02 sentyabr 2024, 10:00
- ↺ +

Şahruddin Məhəmmədəliyev: "Komandamızı qınamaq yox, onunla fəxr etmək lazımdı"

2Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Sport24.az-a müsahibə verib. Hazırda zədə səbəbindən kollektivdən ayrı düşən qolkiper həm komandasının avrokuboklarda çıxışından danışıb, həm də bizi maraqlandıran başqa sualları cavablandırıb.

 

- "Qarabağ" Çempionlar Liqasının qrupuna yüksələ bilmədi. Səncə, son addımı atmaq üçün nə çatmadı?
- Fikrimcə, qitənin ən mötəbər klub turnirində heç də zəif çıxış etmədik. Vaxt var idi biz meydanda rəqiblərə maksimum müqavimət göstərmək üçün çıxırdıq. Bu gün isə adlı-sanlı komandalar bizdən ehtiyat edir. Zaqreb "Dinamo"su sıradan bir komanda deyil. Onlar bizdən də təcrübəli, hazırlıqlıdılar. Buna baxmayaraq, hər iki oyunda biz xorvatlardan daha yaxşı oynadıq, qol imkanlarında üstün olduq. Sadəcə son nöqtəni qoya bilmədik və bunun acısını çəkdik. Xorvatlar bizdən ehtiyat edərək sıx oynayır, yaxşı müdafiə olunursa, dala-qabağa qaçmaqla pressinq tətbiq edirsə bu bizim heç də zəif olmadığımızın göstəricisidir. Eyni zamanda pley-offa qədər yaxşı mübarizə aparmışıq. Odur ki, komandamızı qınamaq yox, onunla fəxr etmək lazımdı.

 

- Bəlkə "Ludoqorets" ilə oyunlardan sonra komandada arxayınlıq yarandı?
- Qurban Qurbanov kimi məşqçinin olduğu yerdə belə söhbət ola bilməz. Bəlkə də bir qədər yorğunçuluq var idi. Çünki son çempionat oyununda da "Turan Tovuz"un ciddi müqavimətinə rast gəldik və yekunda məğlub olduq. İstənilən halda Zaqreb "Dinamo"su kimi güclü komandaya qarşı oynayıb mərhələdən kənar qaldıq. Bunu nəzərə almaq lazımdı. Xorvatiya təmsilçisiylə görüşlərdə yol verdiyimiz səhvlərdən nəticə çıxarmaqla Avropa Liqasının qrupunda uğur qazanmağa çalışacağıq.

 

- Düşərgəyə yeni qolkiper cəlb olunub. Mateuş Koxalski barədə nə deyərdin?
- Fabian Buntiçlə birgə məşq etsək də, zədəli olduğum üçün Koxalskiylə məşq etmək şansım olmayıb. Hər halda o, Polşada mövsümün ən yaxşı qapıçısı adını qazanıbsa, deməli, zəif qolkiper deyil. Eləcə də "Qarabağ"a hər yoldan ötən qapıçı gələ bilməz.

 

- Artıq "Qarabağ"da 3 qapıçı var. Bu səni qorxutmur?
- Rəqabətdən nə qorxmuşam, nə də qaçmışam. Yeri gələndə "Qarabağ"da adlı-sanlı qapıçılarla birgə məşq edib, heyətə düşmək rəqabət aparmışam. Rəqabətin olması mənə daim fayda verib. Amma bu dəqiqə məni düşündürən əlimdəki zədəmin tezliklə sağalmasıdı. Sağaldıqdan sonra əvvəlki formamı bərpa etmək, hətta ondan daha yaxşı olmaqdı.

 

- Zədən nə yerdədi?
- Yavaş-yavaş sağalır

 

- Kollektivlə məşqlərə nə vaxt başalaya biləcəksən?
- Əlimin tam sağalması üçün ən azı bir ay yarım vaxt lazımdı. Bu müddət keçəndən sonra məşqlərə başlayacam.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Oxşar xəbərlər