top
Şahruddin Məhəmmədəliyev: Fransa və Ukrayna ilə görüş göstərdi ki, bizə bizim dildə danışan insan lazımdır Idman.biz
12 oktyabr 2025, 14:32
- ↺ +

Şahruddin Məhəmmədəliyev: "Fransa və Ukrayna ilə görüş göstərdi ki, bizə bizim dildə danışan insan lazımdır"

"Fransa və Ukrayna ilə görüş göstərdi ki, bizə bizim dildə danışan insan lazımdır".

Bunu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev apasport.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Fransa ilə görüşdə çoxları millimizin böyükhesablı məğlubiyyətini ehtimal edirdi. Amma komanda rəqibinə 0:3 uduzdu. Səncə, xal qazanmaq real idi?

- Hansı komandaya qarşı oynayacağımızı hamımız yaxşı başa düşürdük. Əsas məqsəd sona qədər mübarizə aparmaq idi. Bu da uşaqlarda alındı. Komanda yoldaşlarım çox güc sərf etdilər. Bu oyun haqda çox danışmaq olar ki, ilk hissənin son dəqiqələrində qol buraxmasaq, necə olardı... Amma etiraf edək ki, biz Fransa millisi tam fərqli səviyyələrdəyik. Fikrimcə, bunu da hamı yaxşı başa düşür.

- Kilian Mbappe 1-ci qol zamanı komandamızın üzvlərini bir-bir keçərək qapımız istiqamətinə yaxınlaşanda, qısa zamanda zərbə vuracağını ehtimal edirdin? Yəqin ki, zərbəni dəf etmək çətin idi?

- Bəli, orada çox da nəsə fikirləşməyə ehtiyac yox idi. Ən azından topu görməyə çalışırsan və qarşıdakı saniyədə nə edəcəyini düşünürsən. Dəf edilməsi mümkün olmayan zərbə yoxdur. Amma bu zərbəni dəf etmək çox çətin idi.

- Qapıda etibarlı idin. Öz performansından razı qaldın?

- Xüsusi bir şey etmədim. Bütün uşaqlar məsuliyyəti üzərinə aldı və sona qədər mübarizə apardı. Zərbələrin qarşısını almağı bacardılar.

- Matçdan sonra Fransa millisinin qapıçısı Mayk Menyanla söhbət edirdin. Nə haqda danışırdınız?

- Menyan Yassin Benzianın yaxın dostudur. Bir az söhbət etdik. Bir-birimizə uğurlar arzulayıram. Sonda da formalarımızı dəyişdik.

- Növbəti görüşünüz Ukrayna yığmasına qarşıdır. Yorğunçuluq var? Bu matç haqda nə fikirləşirsən?

- Əlbəttə, yorğunçuluq var. Bu, normaldır. Allah qoysa, bərpa olunacağıq. Zamanımız var. Düzgün istirahət edərək, oyuna hazırlaşmalıyıq.

- Ayxan Abbasov uzun müddət postunda qalsa, bu sistemi möhkəmləndirə bilsə, səncə, milli uğur qazana biləcək?

- Fransa və Ukrayna ilə görüş göstərdi ki, bizə bizim dildə danışan insan lazımdır. Hansı ki, həmin məşqçi ölkəsinin patriotudur. Futbolumuz təəssüf ki, o səviyyələrdə deyil ki, hansısa böyük hədəflərdən danışaq. Lakin üzərimizə düşəni edəcəyik. Hər matçda sona qədər mübarizə aparacağıq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Oxşar xəbərlər