top
Şahruddin Məhəmmədəliyev: “Bir qədər də müdrikləşdim - Müsahibə Sport24.az
05 avqust 2024, 15:20
- ↺ +

Şahruddin Məhəmmədəliyev: “Bir qədər də müdrikləşdim" - Müsahibə

Mövsümlərarası fasilədə "Adana Dəmirspor"dan ayrılan Şahruddin Məhəmmədəliyev yenidən "Qarabağ"a döndü. Premyer Liqanın ilk turunda, daha dəqiq desək, "Araz-Naxçıvan"la matçda iş başında olan qolkiper oyundan sonra Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. Millinin də formasını geyinən qolkiper həm geri qayıdışından danışıb, həm də qarşısına qoyduğu məqsəddən söhbət açıb.

 

- Azərbaycana qayıdışınla bağlı fikirlərin maraqlıdı...
- Geri dönməyimdə qeyri-adi heç nə yoxdu. Mənə doğma olan ölkəyə və kluba qayıtmışam. Bir ay idi ki, məşqsiz idim. Artıq 2 həftədi "Qarabağ"dayam və intensiv hazırlıq keçməklə formamı bərpa etməyə çalışıram. Düşünürəm ki, oyundan-oyuna əvvəlki formamı bərpa edəcəm. Ümumi götürəndə vəziyyət yaxşıdı.

 

- Necə düşünürsən, "Adana Dəmirspor"a keçidin səhv addım idi, yoxsa düz?
- Həmin an üçün düzgün qərar verdiyimi düşünürəm. Türkiyədə yaşadığım legioner həyatı da mənə çox şey öyrətdi. Necə deyərlər, bir qədər də müdrikləşdim.


- Türkiyədə qalmağı və ya başqa ölkədə legioner həyatı yaşamağı özün istəmədin, yoxsa təklif olmadı?  
- Legioner həyatını davam etdirmək üçün yetəri qədər təklifim, şansım var idi. Türkiyə və Rusiya klublarından dəvət almışdım. Sadəcə, Adana təmsilçisində yaşadığım bəzi xoşagəlməz olaylardan sonra risk etmək istəmədim.
İş elə gətirdi ki, "Qarabağ"dan təklif gəldi və dəyərləndirdim. Amin Ramazanovun sıradan çıxmasından sonra sabiq komandamı tək də qoymaq istəmədim.


- Amindən söz düşmüşkən, o səni böyük qardaş və müəllim hesab edir. Necə düşünürsən o, gələcəkdə ən azı sənin səviyyənə yüksələ biləcək?  
- Bu barədə nəsə deməyim düz çıxmaq. Aminin qapıçı keyfiyyətlərini qiymətləndirmək üçün komandamızda savadlı məşqçilər korpusu var, onlar bu barədə fikir bildirə bilərlər.  

- Onu yaxından tanıdığına görə bu sualı verdim...
- Amin məşqlərdə səylə çalışır və ondan tələb olunan hər şeyi edir.
Qalır məşq prossesində etdiklərini meydanda nümayiş etdirmək. Məncə, şans qazandıqca özünü yaxşı tərəfdən göstərəcək.


- Səncə, geri dönməklə yenidən komandanın "1 nömrə"si ola biləcəksən?
- Geri qayıtmışamsa, deməli, qarşıma hansısa məqsədi qoymuşam. Evimdəyəm və uğurlu olacağıma əminəm.  

 

- Yığmanın əsas qolkiperi kimi, millinin baş məşqçisi Fernandu Santuşdan nə gözləyirsən?
- Milli tam başqadı. İndi nəsə söyləməyim düz çıxmaz. Amma azarkeşlərimizə və ictimaiyyətə söz verirəm ki, futbolçu olaraq üzərimizə düşən işi maksimum yerinə yetiririk. Uğurlu çıxış eyməyimiz üçün milliyə hər cür şərait yaradılıb.  


- Son mövsümü demək olar ki, Türkiyə keçirdin. Azərbaycanın qardaş ölkədən üstünlüyü nədədi?
- Azərbaycan mənim üçün Vətəndi. Evdə ana övladını necə qucaqlayır, əzizləyirsə, Azərbaycanda mənə o cür qayğıyla yanaşır. Türkiyə əhalisi ilə müqayisədə Azərbaycan xalqı daha istiqanlı, mehriban və qayğıkeşdi. Azərbaycanda və azərbaycanlılar arasında özümü heç vaxt yad hiss etməmişəm. Dünyanın çox ölkəsində olsam da, burdakı kimi özümü rahat, xoşbəxt hesab etdiyim ikinci bir yer olmayıb.
Yuxarıda qeyd etdim ki, evimə qayıtmışam. Azərbaycan mənim doğma evimdi.


- Xeyli vaxtdı burdasan. Azərbaycan dilində danışmağı öyrənmisən?
- Azərbaycan dilində başa düşür və danışıram.

 

- O zaman sirr deyilsə, dilimizdəki hansı sözü daha çox işlədirsən?
- Xəstə (gülür)



- Xəstə (gülür)

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

Fransa klubu Yannik Kaüzakı işdən çıxarır

Basketbol
Bu gün, 09:15

Azərbaycanda qadın basketbol milli komandası Avropa çempionatı seçməsində İsveçrə ilə üz-üzə gəlir

Futbol
Bu gün, 09:08

Athletic'in 17 yaşlı futbolçusu Kristian İmqa'ya 15 Çempionlar Liqası klubu maraq göstərir

Futbol
Bu gün, 09:06

AFFA-nın Kifayət Mustafayeva UEFA-nın qadınlar Çempionlar Liqasının IV turu nümayəndəsi təyin edildi

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında cavab oyununa çıxır

Futbol
Bu gün, 09:00

Markus Türam Interin yeni təklif etdiyi müqavilə uzatmasını rədd etdi

Futbol
Bu gün, 08:40

Qalatasaray, Ştutqartın 40 milyon avroluq oyunçusu Bilal El Xannusuna maraq göstərir

Futbol
Bu gün, 08:20

Frankfurt Alman klubu Arno Kalimuendo üçün Nottingem Forest-dan transferi nəzərdən keçirir

Futbol
Bu gün, 08:12

“Arsenal” qış transfer pəncərəsində dörd oyunçunu nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Oxşar xəbərlər