"Şelburn" "Qarabağ"ın "dişinə" görə rəqibdir. Məncə, iki oyunun nəticəsinə görə, təmsilçimiz mərhələni adlayacaq". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının təsnifat mərhələsinin ikinci turunda keçiriləcək "Şelburn" "Qarabağ" matçından gözləntilərini bölüşüb:
"Kimsə fikirləşirsə asan olacaq, düzgün deyil. Qarşındakı rəqibə hörmətlə yanaşmalısan. İrlandiya təmsilçisi mərhələ adlayıbsa, deməli, güclü rəqibdir. Görünən odur ki, "Qarabağ" səviyyə və oyun baxımından "Şelburn"dan üstündür. Rəqib atletik və fiziki futbola daha çox üstünlük verəcək. Topla davranışda isə ağdamlılar üstün olacaq. "Qarabağ" standart vəziyyətlərdən təhlükə gözləməlidir. Səviyyə və fərdi keyfiyyət baxımından kağız üzərində "Qarabağ" oyunun favoritidir. Fors-major hadisə olmasa, "Qarabağ" üçüncü mərhələyə adlayacaq tərəf olacaq".
Qeyd edək ki, "Şelburn" - "Qarabağ" qarşılaşması iyulun 23-də, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Komandalar arasındakı cavab görüşü isə ayın 29-da Bakıda baş tutacaq.