top
Şahin Diniyev: Sabah - Qarabağ matçı bol qollu və maraqlı keçəcək Idman.biz
17 dekabr 2025, 17:53
- ↺ +

Şahin Diniyev: "Sabah" - "Qarabağ" matçı bol qollu və maraqlı keçəcək

Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev sabah Masazırda keçiriləcək Misli Premyer Liqasının birinci turundan təxirə salınan "Sabah" - "Qarabağ" görüşünün bol qollu keçəcəyini düşünür.

O, "Qarabağ"ın üstün olduğunu vurğulayıb.

"Sabah" hazırda yaxşı formadadır. "Qarabağ" "Araz-Naxçıvan"a qarşı ikinci heyətlə oynadı. Əsas heyəti isə "Sabah"la oyun üçün saxladı. Futbolçular da artıq həm fiziki, həm də psixoloji baxımdan toparlanıblar. Bizi maraqlı oyun gözləyir. Hər iki komanda hücum etməyi sevir. Matçın qarşılıqlı hücumlar şəraitində və bol qollu keçəcəyini düşünürəm. Digər tərəfdən, "Qarabağ"ın "Ayaks"la qarşılaşmadan sonra psixoloji cəhətdən bir qədər "düşməsi" "Sabah"a şans qazandırır. Ancaq Ağdam klubu ustalıq baxımından bir addım irəlidədir", - deyə o, "Report"a açıqlamasında deyib.

Ş.Diniyev bu matçın çempionluğun taleyini həll edəcəyini düşünmür:

"Bu komandalar hələ üç oyun keçirəcəklər. Bu, qələbə qazanan tərəfin çempionluğa daha yaxın olacağı bir qarşılaşma deyil. Çünki aralarında daha sonra iki oyun da baş tutacaq. Çempionat elə bir şəkildə davam edir ki, hər görüşdə xal itirə bilərsən. Bütün oyunlarda qələbə qazanmaq mümkün deyil. Bununla belə, düşünürəm ki, çempionluq uğrunda vacib qarşılaşmadır. Çünki qələbə qazanan tərəf rəqib üzərində üstünlük quracaq. "Qarabağ" xal ehtiyatını artıra, "Sabah" rəqibini keçə bilər".

O, "Qarabağ"ın çempionluq şanslarının daha çox olduğunu söyləyib:

"Çempionun dəyişəcəyini düşünmürəm. Yəni hazırkı görüntü bunu demir. "Qarabağ"da uzunmüddətli "düşüş" yaranacağına inanmıram. Ancaq futbolda hər şey olur. "Neftçi" vaxtilə 2 xal fərqi ilə çempion olmuşdu. Ümumiyyətlə, "Qarabağ"ın çempionluq şansları digər 11 komanda ilə müqayisədə daha çoxdur".

Qeyd edək ki, "Sabah" - "Qarabağ" oyunu dekabrın 18-də "Bank Respublika Arena"da, saat 19:30-da başlayacaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

Pələnglər Şirlərə qarşı Misli Premier Liqası 9-cu turunda

Futbol
Bu gün, 08:06

Jordi Alba, Hans‑Dieter Fleckin rəhbərliyi altında Barcelona’da gördüyü ən təsirli dəyişiklikləri açıqladı

Futbol
Bu gün, 08:00

"Bernli" baş məşqçisi Niki Hayen klub ilə yollarını ayırdı

Futbol
Bu gün, 07:09

Arteta Everton qələbəsindən sonra Konsa, Magalhaes və Ben White-ı xüsusi təriflədi

Futbol
Bu gün, 06:13

Barcelona Diomandeni, Real Madrid isə Adeyemini imtina etdi

Futbol
Bu gün, 05:14

Fermin Lopes El‑Klasikoda uşaqlıq arzusu ilə çıxış etdiyini söylədi

Futbol
Bu gün, 03:10

FIFA prezidenti Canni İnfantino, İlham Əliyevlə görüşdə futbolun körpülər qurduğunu və dostluqlar yaratdığını qeyd etdi

Digər
Bu gün, 03:02

Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb

Digər
Bu gün, 02:18

Evloyevin məğlubiyyətsiz seriyası sona çatdı: Volkanovski böyük çempion kimi qalxdı

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Futbol
Bu gün, 01:41

De Zerbi: Tottenhamun 2-0 qalibiyyəti psixoloji irəliləyişimizlə bağlıdır

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Futbol
Bu gün, 01:07

Lans 2-1lə Parisə məğlubiyyət qazandı, liderlərə bir xal yaxınlaşdı

Digər
Bu gün, 00:55

Pyotr Yan üçüncü dəfə Dvalişvilini məğlub edərək UFC çempionluq kəmərini uğurla müdafiə etdi

Digər
Bu gün, 00:38

Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var”

Digər
Bu gün, 00:31

Qavi El-Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 23:21

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:55

Totenhem 2-0 ilə Çelsini məğlub etdi

Oxşar xəbərlər