top
Şahin Diniyev: Yaxşı günlərimiz qabaqdadır Sport24.az
26 oktyabr 2024, 21:20
- ↺ +

Şahin Diniyev: "Yaxşı günlərimiz qabaqdadır"

Azərbaycan Premyer Liqasının XI turunun "Səbail" – "Sumqayıt" oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

 

- Oyun haqda danışmaq çətindir. Komandam yaxşı futbol oynadı. Qol imkanlarından, penaltidən yararlana bilmədik. Epizodların tamamlanması üçün keyfiyyət çatmadı. Rəqibin qol vurduğu epizod kimi 6-7 imkanımız oldu, amma qol vura bilmədik. Bunlar səbəb deyil, artıq oyun başa çatıb. Futbol ədalətli oyundur, axırda nəticə gələcək. Autsayder kimi görünürük, amma futbolçularımın bu vəziyyətdən çıxmaq potensialı var. Mülahizələr nəyisə dəyişmir. Nəticə, vəziyyət ortadadır. Paltardəyişmə otağında da dedim, durumdan çıxmaq üçün daha bir olmalıyıq.

 

- Növbəti oyun "Kəpəz"lədir. Bu matçı dönüş nöqtəsi kimi düşünürsüz?

- Bugünkü oyunu da belə düşünürdük, amma imtahandan üzüağ çıxa bilmədik. "Kəpəz" birinci dövrədəki komanda deyil. Onlar da güclənib. Demək olar, güclənməyən bizik. Heyətlə bağlı problemlərimiz. Hər itki bizimçün problemdir. "Kəpəz"lə indi demək olar, eyni gücdəyik. Kim daha istəkli olacaq, mübarizə aparacaq, o qələbə qazanacaq. Müasir futbol dəyişib. İndi lider oyunçu anlayışı qalmayıb, qələbə istəyirsənsə, komanda oyunu oynamalısan, hər kəs meydanda gücünü qoymalıdır.

 

- "Sumqayıt" bu mövsüm 10 xalın 6-nı sizdən alıb. Demək olarmı, bu, bir sindroma çevrilib?

- Var, bəlkə də, bəxtsizlikdi. Bu mövsümün ilk oyununda da son dəqiqədə buraxdığımız qolla uduzduq. Hər iki oyunda minimum bir xal qazanmalıydıq.

 

- Yayda gedən oyunçulardan hansınınsa komandada qalmasını istərdiniz?

- Futbolda bu gün maliyyə böyük rol oynayır. Ötənilki heyətin qalmasını istərdim, amma maliyyə məsələləri var. Bizi bu idarə edir. Futbolçuların da qiymətləri artıq. Amma indi şikayətlənmirəm. Məsuliyyəti atmağa nə var ki? Əlimizdə olan futbolçular budur. Heyətdə gənc oyunçularımız var. Təcrübə ilə yanaşı, nəticə də lazımdır. Gənclərlə isə potensial var. Əfsuslar olsun ki, ötənilki heyət mənim istəyimdən asılı olmayaraq qoruna bilmədi. Heyətin 95 faizi dəyişirsə, artıq yeni komanda quranda nəticələr də sözünü deyir. Nikbinəm, potensialımız var. Təmkinli, səbirli adamam. Daha yaxşı günlərimiz qabaqdadır. İnamım itməyib, özümüz bu situasiyaya düşmüşük və özümüz də çıxacağıq.

 

- Hansı dəyişikliyi etməyə gücünüz çatmır?

- Hücumçumuz yoxdu. Bu da məhsuldarlığı aşağı salır. İndi 5-6 futbolçu gətirmək imkanımız yoxdu. Qışa qədər bu heyətlə oynayacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Oxşar xəbərlər