top
Şahin Diniyev: Tək federasiya köməyi ilə komandanı yüksəltmək çətin olacaq İdman.biz
14 sentyabr 2024, 21:28
- ↺ +

Şahin Diniyev: "Tək federasiya köməyi ilə komandanı yüksəltmək çətin olacaq"

"Səbail" Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub.

İdman.biz xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlər üçün yaxşı oyun oldu. Qarşılıqlı hücumlar şəraitində keçən matç idi. "Qarabağ" səviyyəcə liqadakı komandalardan bir baş üstündür. Komandamızın "Qarabağ"a qarşı belə dayanması məni sevindirdi. Pis təsir bağışlamadıq. Fərdi səhvlərimiz oldu. "Qarabağ"ı təbrik edirəm, öz komandama təşəkkür edirəm.

- Transferlər gözlənilir?

- Yox. Bir hücumçumuz var idi, onu da itirmişik. Transfer məsələsi bizim üçün bağlanıb. Çalışacağıq ki, bu heyətlə uğur qazanaq.

- Mütəxəssislər deyir ki, "Qarabağ" digər komandalardan bir baş üstündür. Siz də deyirsiz ki, "Qarabağ" kimi komanda olmaq üçün zaman lazımdır. Özünüz də, iki ildir ki, "Səbail"dəsiz...

- Bir klubda 8 il işləyə bilərsən, icraçılar olmasa, istəklərinizi həyata keçirə bilməzsiz. Yüksək səviyyəli futbolçuların alınması üçün yaxşı pullar lazımdır. 10 il bir komandada ola bilərsən, amma futbolçu önəmlidir. Bu mövsüm 10 hissə yaxşı futbol oynamışıq. Məsələyə qlobal baxaq. Futbolçum olmasa, kimlə düzəldəcəm? Bir futbolçu 90 dəqiqə dayanar, qol vurar, vəssalam.

- Gəncəli futbol veteranları sosial şəbəkələrdə sizə də müraciət ediblər...

- Orada xəstəlik tapmışam e. İlk dəfədir gəncəlilərdən yaxşı söz eşitdim. Maliyyəyə dayanan məsələlərdir. "Kəpəz"də iki dəfə oynamışam, iki dəfə məşqçi olmuşam. Gəncəlilər uşaq-muşaq deyillər, futbolu bilirlər. Sponsorun tapılaması çox vacibdir. Tək federasiya köməyi ilə komandanı yüksəltmək çətin olacaq.

- Son pillədən sizi 4 xal ayırır. Bunun da gərginliyi var?

- Gərginlik həmişə var. Nəticə bizi sıxır. İnamım çox böyükdür. Uduzursan, oyun yoxdursa, çətindir. Sevindirici haldır ki, oyun var. Nəticə gec-tez gələcək. Komanda yenidən qurulur. 22-23 yaşlı futbolçulardır çoxu. Komanda futbol oynamağı bacarır. Qorxum da yoxdur. Buradan da çıxacağıq. "Neftşi", "Zirə", "Qarabağ"la oynamışıq. Düzgün yoldayıq. Görsəm ki, işlər düz getmir, etiraf edərəm. Nəticələr çox yaxındadır.

- A milli və U-21 yığmalarımızın durumları haqda nə deyəcəksiz? Samir Əliyev deyir ki, Premyer Liqa məşqçiləri gənc futbolçuları oynatmır...

- Düz deyir. Hamıya bu gün lazımdır. Premyer Liqa komandası oyunçu yetişdirmir. Hər bir məşqçidən nəticə istəyirlər. 3 nəfər yığma üzvü var. Nə edə bilərik? Bacardığım qədər oynadıram. Samir Əliyevlə razıyam. A milliyə gəldikdə, öz fikrimdən çəkinmirəm. Baş məşqçi bütün futbolçuları görməli idi. İki gün məşq edib, iki oyuna çıxdılar. Gördü ki, bu yolu kiminlə gedə bilər. İsveç və Slovakiya ilə pis oynamadıq. İsveç və Slovakiyanı niyə udmalıyıq? İsveçdən çempionatımız, infrastukturumuz üstündür?

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Futbol
Bu gün, 09:42

Ten Hag Ronaldo'ya Kritiklərlə Qarışdı – Münaqişə 2022-ci ildə Başladı

Futbol
Bu gün, 09:40

Caka zədəsi səbəbindən İsveçrə milli takımdan uzaqlaşdırıldı

Voleybol
Bu gün, 09:35

"Turan" voleybol klubu Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanma şansını artırır;

Futbol
Bu gün, 09:31

Barselona Bavariya müdafiəçisini transfer etməyə çalışır, amma nəticəsiz qalır

Futbol
Bu gün, 09:20

Lion U-17 futbolçuları silahla hücum edildi

Güləş
Bu gün, 09:16

Çimərlik Güləşində Azərbaycan Komandası 3 Qızıl, 1 Gümüş Medal Qazanaraq Unikal Uğur Qazanır

Oxşar xəbərlər