top
Şahin Diniyev: Səbail” Premyer Liqada qalmaq üçün oynamayacaq Sport24.az
04 avqust 2024, 23:06
- ↺ +

Şahin Diniyev: "Səbail” Premyer Liqada qalmaq üçün oynamayacaq"

 

Premyer Liqanın I turu çərçivəsində baş tutan "Zirə" - "Səbail" matçından sonra (4:1) qonaqların baş məşqçisi Şahin Diniyevin iştirakı ilə mətbuat konfransı keçirilib. Sport24.az xəbər verir ki, qonaqların çalışdırıcısı jurnalistlərin suallarını cavablandırmamışdan öncə oyunla bağlı fikirlərini bölüşüb:

 

- Əfsuslar olsun ki, bizdə bu gün hər şey uğurlu alınmadı. Yeni komandayıq. Hesabın böyük olmasının səbəbini deyək. İlk dəfə idi ki, bu futbolçular eyni heyətdə oynayırdılar. Legionerlər bu çempionatın yükünü bilmirdi, asan olduğunu fikirləşirdilər. İlk yarıda istədiyimizi ala bilmədik. Səhvlərimizi bildik. Komanda dominant oynamağa çalışdı, alındı. Yarım qol vəziyyətlərindən qollar buraxırıq. Gənclərimiz var. Yaxşı komanda olacağıq. Nəticə nikbin baxmağı demir. İddialı komandalardan biri olacağıq".

 

- Fərid Nəbiyevə tez-tez iradlar bildirirdiz. Nə ilə bağlıdır?

- Potensialına bələdəm. Hələ ki, tam formasına düşməyib. İlk yarıda buraxdığımız qollara görə dəyişiklik etdik.

 

- Azərbaycanlı qapıçı tapmadız, yoxsa necə?

- Çox istəyirəm ki, limit olanda qapıçı yerli olsun. Hüseynəli də perspektivlidir, neçə illərdir ki, zamanını gözləyir. Çempionatın yaxşı qapıçılarından biri olacaq.

 

-İlk turdan sonra digər komandaları da gördüz. "Səbail"in potensialını neçə turdan sonra görəcəyik?

- İki tur. Birinci hissədən sonra istədiyimi ala bildimsə.. İkinci hissə uduzmadıq. Onu ala bildiksə, çox yaxındadır. Daha bir oyun problemimiz ola bilər. Amma üçüncü oyunda stabil oynayacağıq. Bu gün şən futbol oynayırıq. Müdafiədə çox səhv buraxa bilərdik. Yeri gəlmişkən, "Zirə"ni təbrik edirəm. Bugünkü qələbə və avrokuboklarda mərhələ keçdiklərinə görə.

 

- Taktiki səhvlərə görə bu cür uduzduz?

- Üstündən atmaq üçün deyərəm, fərdidir. Mən də məsuliyyəti dərk edirəm. Bu məğlubiyyət mənimdir. Məni çox narahat edən standart vəziyyətdən buraxılan bəsit qollardır. Burada taktikadan söhbət gedə bilməz. Dördüncü qola baxın, niyə müdafiəçilər geri çəkildi, qarşılamadı? Cibrilla 30 metr azad gəldi, heç kim onu qarşılamadı. 

 

- Hədəfiniz nə olacaq?

- Konkret içimdən gələni deyim: "Səbail" Premyer Liqada qalmaq üçün oynamayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:25

Etan Mbappeni UEFA Çempionlar Liqasında 3 oyunla diskvalifikasiya etdi

Basketbol
Dünən, 17:40

“Sumqayıt” basketbol komandası Hüseyn Əsgərli ilə bir illik müqavilə imzaladı

Futbol
Dünən, 12:27

Qəbələ futbol komandasında iki yeni məşqçi və analitik təyin edildi

Futbol
Dünən, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
Dünən, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
Dünən, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
Dünən, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
Dünən, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Futbol
Dünən, 05:36

Barselonanın gənc futbolçusu Cessi Bisivu Belçika U-21 və Qana millisi arasında seçim etməlidir

Futbol
Dünən, 03:44

Məhəmməd Salahın Misir milli komandadan çıxması ölkədə mübahisələrə səbəb oldu

Futbol
Dünən, 02:38

Arsenal, Tottenham, Liverpool və Manchester United Manchester City-yə qarşı 800 milyon funtluk iddia hazırlayır

Futbol
Dünən, 02:13

Klopp ilk məğlubiyyətdən sonra sakit qalır: Bu, prosesin bir hissəsidir

Futbol
Dünən, 01:47

Kamavinqa Fransa millisinin hücumçularının vəzifələri barədə açıqlama verdi

Futbol
Dünən, 01:28

İspaniya mətbuatı Braziliya milli komandasını ‘Barselona’ stilinə bənzətdi

Güləş
27 sentyabr 2026, 23:40

Azərbaycan çimərlik güləşində iki qızıl üç bürünc medal qazandı, tarixdə ilk dəfə dünya çempionu oldu

Futbol
27 sentyabr 2026, 23:23

Qəbələ ilə Karvan-Yevlax arasında qolsuz bərabərlik

Şahmat
27 sentyabr 2026, 22:38

Vüqar Əsədlinin rəhbərliyi altında Qətər şahmat komandası Səmərqənddə qrup birinciliyini qazandı

Futbol
27 sentyabr 2026, 21:24

Jalə Məhsimova “Neftçi”də davam edəcək

Futbol
27 sentyabr 2026, 19:57

İmişli, Araz‑Naxçıvanı 1:3 hesabı ilə məğlub etdi

Futbol
27 sentyabr 2026, 19:30

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Futbol
27 sentyabr 2026, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
27 sentyabr 2026, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
27 sentyabr 2026, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
27 sentyabr 2026, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Oxşar xəbərlər