top
Şahin Diniyev: Onun oynatdığı futbol daha çox etibarlı müdafiəyə köklənib Sport24.az
30 avqust 2024, 20:02
- ↺ +

Şahin Diniyev: "Onun oynatdığı futbol daha çox etibarlı müdafiəyə köklənib"

"Səbail Misli Premyer Liqasının V turunda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, qonaqların baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Rəqibi təbrik edirəm. "Turan Tovuz" nəticəyə oynamağı bacaran komandadır. Birinci hissədə rəqib, ikinci hissədə isə biz yaxşı oynadıq. Futbolçularımla fəxr edirəm. Əlimizə düşən fürsətləri qola çevirə bilmədik. Maraqlı oyun alındı, son dəqiqəyə kimi mübarizə getdi. Bu gün 1 xala layiq idik. Amma artıq gecdir. Oyundan-oyuna daha yaxşı olacağıq.

 

- Məğlubiyyəti normal hesab edirsiz?

- Azarkeş təzyiqi ilk dəqiqələrdən bizə təsir etdi. Heyətimizin əksəriyyəti gənc oyunçulardır. Bu da onlara təsir edir. Aciz deyilik. Bu gün nəticə asılı olmayaraq, komandadan narazı qalmayacaqdım. Bərabər oyun getdi.

 

- Sizcə komanda doğru yoldadır?

- Mən heç vaxt havaya söz buraxmıram. Tam əminliklə deyirəm ki, əlimdə olan ən yaxşı komandalardan biridir. Bəzi futbolçular bizimlə təlim-məşq toplanışı keçməyib. Tam düzgün yoldayıq. İkinci hissədə özünüz də gördünüz ki, komanda necə oynadı. Heç bir komponentdə rəqibə uduzmadıq.

 

- Gənclərdən razısız?

- Hamısından razıyam. Bir neçə oyunçu komandamıza I Liqadan gəlib. Amma özlərini yaxşı tərəfdən göstərə bilirlər.

 

- "Turan Tovuz"un heyəti ötən mövsümlə müqayisədə demək olar ki, dəyişməyib. Sizcə nə baş verdi ki, bu komanda 5 oyunda qol buraxmadan lider oldu?

- Çox səbəb var. Bunu onlar yaxşı bilər. Kurban Berdıyev tanınmış məşqçidir. Onunla münasibətim var. Onun oynatdığı futbol daha çox etibarlı müdafiəyə köklənib. Əlində olan mərkəz müdafiəçiləri çox yüksək səviyyədədir. Berdıyevə uğurlar arzulayıram. "Turan Tovuz"da baş məşqçinin işi aşkar görünür.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Oxşar xəbərlər