top
Şahin Diniyev: "Gərək taleyimizlə barışaq" İdman.biz
Bu gün, 20:43
- +

Şahin Diniyev: "Gərək taleyimizlə barışaq"

"İstədiyimiz futbolu oynaya bilmirdik. Oyun sistemində böyük problemlərimiz var idi. Kiçik komandayıq. 3 nəfərin olmaması, 4-cünün isə zədəli çıxması özünü göstərdi".

İdman.biz xəbər verir ki, "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının X turunda "Neftçi"yə 0:3 hesablı məğlubiyyəti şərh edib: "Şamaxı" ilə matçda oturuşmuş heyətimiz var idi. İtkilərimiz var idi deyə istədiyimiz oyunu göstərə bilmədik. Sanki futbolçular "Neftçi"nin adından qorxdular. Tam olaraq rəqibin üstünlüyü ilə keçən oyun oldu. İrəli baxmalıyıq. Qarşıda daha vacib oyunlarımız var. Demişdim ki, "Neftçi" bu heyətlə düşdüyü vəziyyətdən çıxacaq. Biz də gərək taleyimizlə barışaq. "Sumqayıt" və "Kəpəz"lə matçlar bizim üçün çox vacibdir. Yaxşı oyun göstərib qalib gəlməyə çalışacağıq".

Diniyev heyətdəki çatışmazlıqlardan da danışıb: "Hakimin, büdcənin üstünə atmaq asandır. Əlində heyət varsa, oynamalısan. 19-20 yaşlı futbolçulara şans verdik. Birdən-birə 4 oyunçu olmayanda komanda öz gücünü göstərə bilmir. Kiçik komanda sözünü bu mənada dedim. Rotasiya üçün ehtiyat oyunçular skamyamız o qədər də zəngin deyil. Bu gün istədiyimiz oyunun heç 30-40 faizini oynaya bilmədik".

Qeyd edək ki, "Səbail" mövsümdə 7-ci dəfə uduzub.

İdman.biz

Rəylər (0)

Son xəbərlər

Futbol
Bu gün, 23:23

"Neftçi"nin "Səbail" üzərində qələbəsi - Video

Basketbol
Bu gün, 23:05

Ramme Griffin: "Gücümüzü oyunlarda göstərəcəyik”

Futbol
Bu gün, 22:39

"Arsenal"dan ilk məğlubiyyət, "Mançester Yunayted"dən geridönüş

Futbol
Bu gün, 22:28

"Qəbələ"nin qələbəsi - VİDEO

Futbol
Bu gün, 22:13

"Qalatasaray" 3, "Trabzonspor" 1 qolla qələbə qazanıb

Gimnastika
Bu gün, 22:00

Azərbaycan güləşçiləri Bəhreyndəki Gimnaziadada iştirak edəcək

Futbol
Bu gün, 21:59

"Bodo-Qlimt" xal itirib

Futbol
Bu gün, 21:29

"Haypers Quba"dan "Ağdaş"a 3 cavabsız qol - VİDEO

Futbol
Bu gün, 21:12

Samir Abasovun qələbə şərhi: "Görüləcək işlər çoxdur"

Futbol
Bu gün, 21:00

Rafael Varana İtaliya klubunda vəzifə verildi

Futbol
Bu gün, 20:32

Samir Abasov: "Hazırda məqsəd kapitanın kimliyi deyil"

Futbol
Bu gün, 20:21

Şahin Diniyev: " Futbolçular “Neftçi” adından qorxdular"

Futbol
Bu gün, 20:08

"Qarabağ"ın rəqibi öz meydanında uduzub

Futbol
Bu gün, 20:00

Diniyev oynadı, komandası qələbə qazandı

Futbol
Bu gün, 19:52

“Şamaxı” uduzub, “Neftçi”dən ilk qələbə - VİDEO

Futbol
Bu gün, 19:52

"Neftçi" mövsümdə ilk qələbəsini qazandı

Güləş
Bu gün, 19:43

Dünya çempionatına yollanaq heyət bəlli olub

Basketbol
Bu gün, 19:30

"Abşeron" və "Gəncə" mövsümə qələbə ilə başladı

Futbol
Bu gün, 19:26

"Neftçi"dən daha bir qol

Futbol
Bu gün, 19:16

"Neftçi" hesab arasında fərqi artırır

Futbol
Bu gün, 19:10

Coşqun oynayıb, komandası 3 xal qazanıb

Futbol
Bu gün, 19:07

"Neftçi" qələbə hesabını qoruya biləcək?

Futbol
Bu gün, 19:00

"Araz-Naxçıvan"nın qələbəsi - VİDEO

Oxşar xəbərlər