top
Şahin Diniyev: Futbolçuya yox, döyüşçülərə ehtiyac var Sport24.az
10 avqust 2024, 23:55
- ↺ +

Şahin Diniyev: "Futbolçuya yox, döyüşçülərə ehtiyac var"

Premyer Liqanın II turunda "Səbail" doğma meydanda "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Dİniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Görürsüz də, futbol emosiyalar oyunudur. Bu gün yaxşı "Səbail" gördük. Komandanın orta yaş həddi 23,7-dir. Bu komanda qaçmalı, vuruşmalıdır. Yeni komandayıq. Bu gün heyətin 9-10 nəfəri keçənilkindən fərqli idi, yenilərdir. Ötən tur Zirədə ilk oyuna çıxdıq, ilk 45 dəqiqədən sonra komandanı dəyişə bildik. Potensialımız var. Oyun maraqlı keçdi. Azarkeşlər üçün bolqollu, şanslı oyun idi. Baxmayaraq ki, iki qol oldu. Biz generallardan ibarət "Neftçi"yə qarşı əsgərlərlə oynayırdıq. Potensiallar arasında fərq var idi. Amma oyunda bunu görmədik. Vuruşduq. "Neftçi"yə oynamağa imkan verməməyə çalışdıq. Qələbə də qazana, uduza da bilərdik. Heç-heçə başlanğıc üçün yaxşıdır. Artırmalıyıq. Futbolçularıma təşəkkür edirəm. Tapşırıqları tam yerinə yetirdilər.

 

- Sizə nə qədər vaxt lazımdır ki, komanda tam oturuşsun?

- Vaxtdan çox daha çox çalışmaq lazımdır. Vaxıtmız yoxdur, hər gün işləməliyik. "Zirə" ilə oyundan bu yana irəliləyiş var. Deyə bilmərəm, 4-5 oyun. Hərəkətli komandayıq. Futbolçular arasında anlaşma yaxşı deyil. Oyunçularda istək var.

 

- Aleksander Ramalinqomun gedişindən sonra sırf hücumçu sanki görünmür. Transfer edəcəksiz?

- Transferlərə nöqtə qoymuşuq. Ən azından dekabra qədər. Ramalinqom 6-7 turdan sonra başladı. Ayman Boali formasını yığdıqdan sonra çox yaxşı oynayacaq. Biz komanda halında oyunumuzu gücləndirmək istəyirik. Bir oyunçudan asılı ola bilmərik. Bütün futbolçular lider olmalıdır. Futbolçuya yox, döyüşçülərə ehtiyac var. Keçən il hamı ilə rəqabət aparan "Səbail" gördük. "Qarabağ"a da qalib gəldik. Yenidən komanda düzəldirik. Problemləri addım-addım həll edəcəyik. Demirəm ki, avrokuboklara oynayırıq. Söz verirəm ki, yaxşı, rəqabət yaradan "Səbail" olacağıq. Sonuncu yer uğrunda mübarizə aparan "Səbail" görməyəcəyik.

 

- Bu oyun həm "Neftçi", həm də "Səbail" üçün vacib idi. Bu bir xal sizin, yoxsa "Neftçi"nin işinə yaradı?

- Biz udmalıydıq desəydim, ədalətsiz olaram. Ədalətli nəticə bu idi. Sadəcə, bir az yaxın olan biz idik. Epizodlarımız var idi. "Neftçi" - "Turan Tovuz" matçına baxdız. O oyunun keyfiyyəti və bu oyunun keyfiyyəti... Özünüz baxın. İki cür məqşçi olur. Biri sırf nəticə üçün oynayan, digəri yaxşı futbol oynadan. Bəlkə də "Zirə" ilə görüşdə 10 nəfərlə geridə otursaydıq, xal qazanardıq. Amma mən futbol istəyirəm, keyfiyyətli futbol. İstəyim odur. Ona çatmaq çətindir.

 

- Rüfət Abdullazadə kapitanlıq sarğısını Cabir Əmirliyə vermədi...

- Bəzən danışdıqdan sonra özüm də başa düşmürəm, nə deyirəm. Futbol emosiyalar oyunudur. Şahmat kimi gediş düşünsən, alınmır. Rüfətin yadına düşmürdü ki, kapitanlıq ondadır.

 

- Hakim idarəçiliyi ilə bağlı mövqeyiniz necədir? Narazı görünürdüz..

- Məşqçi görmüsüz ki, hakimlikdən razı olsun? Bu gün hakimlik ideal vəziyyətdə idi. Kamal Umudluya təşəkkür edirəm ki, oyunun ipini buraxmırdı. Cüzi səhvlər olurdu. Amma ondan da çoxunu mən edirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Oxşar xəbərlər