top
Şahin Diniyev: Bir qol buraxsaydıq, futbolçular psixoloji cəhətdən düşə bilərdilər Sport24.az
23 avqust 2024, 21:53
- ↺ +

Şahin Diniyev: "Bir qol buraxsaydıq, futbolçular psixoloji cəhətdən düşə bilərdilər"

"Səbail" Azərbaycan Premyer Liqasının IV turunda doğma meydanda "Kəpəz"i 4:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Düşünürəm ki, maraqlı oyun oldu. İstədiyim futbolu ala bildim. Komanda yaxşı oynadı. İlk dəqiqədən sona qədər dinamikanı saxladıq. Futbolçularıma təşəkkür edirəm. Yeni komandayıq. 11 nəfərdən 10-u ilk dəfədir ki, komandadadır. Zamanı tələsdirmək lazımdır. "Kəpəz" də yeni heyətə malikdir. Premyer Liqada qalmaq üçün mübarizə apara bilər. Hesab bizi aldatmasın. Onlar vuruşurdu, başabaş mübarizə aparırdı. İrəliyə baxmalıyıq. Bu oyunu unudub gələn oyuna köklənməliyik.

 

- Dördüncü oyunda qələbə qazandız...

- 2:0-da da çətin idi. Bir qol buraxsaydıq, futbolçular psixoloji cəhətdən düşə bilərdilər. Ardında ikinci qol gələ bilərdi. Amma komandamızın oyunu gedirdi. Üçüncü qoldan sonra qələbənin uzaqda olmadığını hiss etdik.

 

- Avrokuboklarda ən çox gözlənilməz hansı oldu, "Zirə"nin, yoxsa "Qarabağ"ın məğlubiyyəti?

- Hər ikisi. İkisi də bizim üçün eyni komandadır. Hesab baxımından..."Qarabağ" oyun göstərdi. Oyuna baxmayan deyərdi ki, darmadağın oldu. Halbuki 3:0 əks tərəfdə olmalıydı. "Qarabağ" müdafiədən oynamadı. Öz futbolunu oynadı. Alqışlanası haldır. Oyun varsa, nəticə olacaq. "Qarabağ"a və "Zirə"yə görə üzüldüm. "Zirə"nin oyunu ilk dəqiqələrdən alınmadı. Oyun baxımından artırıblar. Sadəcə, olmadı. Nəsə olmuşdu..."Zirə" öz səviyyəsindən aşağı çıxış etdi. Baş məşqçi daha yaxşı bilər. Bu hesaba layiq deyildilər. "Qarabağ"da isə hesab tərsinə ola bilərdi. Yuxu kimi idi. Ümid çoxdur.

 

- Növbəti turda "Turan Tovuz"la qarşılaşacaqsız. "Terek"də baş məşqçi işlədiyiniz dönəmdə Kurban Berdıyevin "Rubin"inə rəqib olmasaz da, onu yaxşı tanıyırsız. Sizcə, onu siz məğlub edəcəksiz, yoxsa sabah Qurban Qurbanov?

- Mən "Terek"də işləyəndə,tanışlığımız var idi. Çox səviyyəli məşqçidir. Öz işçilərini gecə 3-4-ə qədər saxlaylıb hər şeyi analiz edən biridir. İntizamı sevir. Müdafiədə daha etibarlı oynayıb, risk etməyi sevən biridir. "Qarabağ" kağız üzərində daha güclü görünür. Amma futboldur. Bilmək olmaz hansı heyətlə oynayacaqlar. Maraqlı matç olacaq. Heç bir komandanın məğlubiyyətini istəmirəm. Mənim azarkeşlik etdiyim "Səbail"dir. Hər ikisinə uğurlar arzulayıram. "Qarabağ"ın hücumda, "Turan Tovuz"un müdafiədə... "Çelsi" "Barselona" ilə oynayırdı. "Çelsi" ÇL-in finalında müdafiədə oynayaraq uddu. 

 

- Ayman Boaliyə bir şey olsa, nə edəcəksiz?

- Transferləri qışa qədər bitirmişik. Rotasiyalar edirik. Suleyman Alluşu da oynadırdıq. Samir Abdullayev də var. Çox perspektivli biridir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:22

Avstraliyada Kotton Kubokunda atdan yıxılan 22 yaşlı jokey İzzi Nil vəfat edib

Futbol
Bu gün, 19:08

Kukurelya: İngiltərənin Premier Liqası daha açıq və gözlənilməzdir

Digər
Bu gün, 19:03

İgidlər Göygöldə keçirilən intellektual yarışda birinci oldu

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Oxşar xəbərlər