top
Şahin Diniyev:  Futbolçular “Neftçi” adından qorxdular Sport24.az
19 oktyabr 2024, 20:21
- ↺ +

Şahin Diniyev: " Futbolçular “Neftçi” adından qorxdular"

Azərbaycan Premyer Liqasının X turunun "Neftçi" – "Səbail" oyunundan sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

 

– Hesabı qoruya bilirdik, amma istədiyimiz futbolu oynaya bilmirdik. Bu, bizə çox mane olurdu. Oyun sistemində böyük problemlərimiz yaşandı. Kiçik komandayıq və birdən-birə 4 itki özünü göstərdi. Bu baxımdan istədiyimiz oyunu oynaya bilmədik. Sanki futbolçular "Neftçi" adından qorxdular. Rəqibin üstünlüyü ilə keçən oyun oldu. İrəli baxmalıyıq, qarşıda vacib oyunlarımız var. "Neftçi"nin keyfiyyətli oyunçuları var və yuxarı sıralara qalxacaqlar. Biz isə taleyimizlə barışmalıyıq. Əlimizi qaldırıb, təslim olmuruq. Qarşıda iki vacib oyun var. Yaxşı oyunla qalib gəlməyə çalışacağıq.

 

– Kiçik komandayıq ifadəsini hansı mənada işlətdiniz?

– Heyətin varsa, oynamalısan. Bu gün baxın, 19-20 yaşlı uşaqlar meydana çıxdı. Heyətdə itkilər olanda çətin olur. 4 futbolçu kənara düşürsə, artıq gücünü göstərə bilmirsən, rotasiya üçün geniş heyətimiz yoxdur. Lakin bunlar bəhanə deyil. Futbolçu meydana çıxırsa, hər şey kənarda qalmalıdır. Sadəcə bu gün istədiyimiz futbolu oynaya bilmədik.

– Millinin direktoru İlqar Qurbanov yığmaya sifarişlə oyunçuların çağırıldığını deyib.

– Qurban Qurbanovun yaxşı sözü var: "qeyri-ciddi fikirlərə şərh vermək ciddi adamların işi deyil". Çox danışa bilərəm, İlqarın milliyə gəlməsindən bu yana qədər. Nəsə danışanda fikirləşməlisən. Müdafiəni də savadlı qurmalısan.

 

– Samir Abasova yenə məğlub oldunuz. Düşünmürsünüz ki, "Neftçi" rəhbərliyi bu statistikanı fikirləşib, Abasovu komandaya gətirib?

– Tabloda "Neftçi" – "Səbail" yazılmışdı, Samir-Şahin yox. Rəhbərlik bir oyuna görə məşqçi gətirmir. Belə çıxır, növbəti turda "Sabah"la oyunda onları kim daha çox məğlub edibsə, onu baş məşqçi gətirsinlər?

 

– Bu gün sanki komanda "Neftçi"yə güzəşt etdi…

– Bu, mənə yönələn sual deyil. "Şamaxı" ilə oyundakı komanda deyildik. Çünki heyətdə itkilər oldu. Bəlkə də, birinci hissədə qol buraxmasaydıq, fərqli olardı. Amma alınmadı. Əfsuslar olsun, "Neftçi" bu gün bütün komponentlərdə bizdən üstün oldu.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:08

ABŞ-də Karolina Panthers və Denver Broncos matçında korgi it meydanı işğal etdi

Futbol
Bu gün, 17:56

Niderlandın ikinci liqasında azarkeşl etirazı səbəbindən "Vitess" - "De Qraafşap" matçı ləğv edilib

Futbol
Bu gün, 17:55

Azərbaycan İFA II Liqasının X turunda Hypers 4:0, Qaradağ Lökbatan isə 5:0 qalib gəldi

Futbol
Bu gün, 17:50

"Sabah" FK milli fasilədə 4 günlük istirahətə buraxılıb

Futbol
Bu gün, 17:44

Raül Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 17:42

Messi, Zidan və Podolskidəki kimi: Kriştiano Ronaldonun milli komandadan uğursuz xaric olmasından sonra vida mərasimi necə keçiriləcək?

Futbol
Bu gün, 17:35

Monza da Azərbaycan milliyyəti Lorenzo Mezzotero'nu izləyir

Futbol
Bu gün, 17:32

Valensiya klubunun borcu 592,8 milyon avroya yüksəldi.

Olimpiada
Bu gün, 17:25

Beşqat olimpiya çempionu Teddi Rine 2027 prezident seçkilərinə namizəd olmaq qərarını bildirdi

Futbol
Bu gün, 17:14

Raul Qonsales İspaniyanın "Real Oviedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 16:59

“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev ailə həyatı qurub

Futbol
Bu gün, 16:56

Beşiktaş, Argentina orta sahili Rodriqo De Paul üçün görüş edir

Olimpiada
Bu gün, 16:44

Rostislav Pevtsov üç Olimpiada xatirələrini paylaşdı

Futbol
Bu gün, 16:30

Real Madridin Valensiya üzərindəki matçı Bellinqem və Rüdigerin təhlükəsizlik əməkdaşlarına hücumu iddiaları ilə qalmalı başa çatdı

Futbol
Bu gün, 16:26

Manchester United turnir cədvəlində mövqeyini artırmalı

Basketbol
Bu gün, 16:23

LeBron Ceymsinin 2004-cü il ABŞ milli oyununda geyindiyi forma 722,000 dollara satıldı;

Qarabağ FK
Bu gün, 16:23

İncəsənət mütəxəssisi Aslan Kərimov: “Qarabağ”ın gözlənilməz xal itkiləri və turnir cədvəlinin ümumi təhlili

Qarabağ FK
Bu gün, 16:00

Coşqun Diniyev yeni klub tapmır, karyerası sonlanacaq

Futbol
Bu gün, 15:54

Babək Quliyev UEFA-dan 2027-ci il U-17 Avropa çempionatında hakim‑inspektor təyinatı alıb;

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 15:10

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

Oxşar xəbərlər