Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev oğlu Coşqun Diniyevin Türkiyənin "Çorum" klubu ilə vidalaşmasına münasibət bildirib. Sport24.az saytına danışan Diniyev oğlunun Türkiyə klubundan hansı səbəbə görə ayrılmasından məlumatsız olduğunu bildirib:
"Mən hələlik heç nə deyə bilməyəcəm. Coşqun "Çorum"dan yeni ayrılıb. Səbəblə bağlı məlumatım yoxdur. 3-5 gündən sonra nəsə deyə bilərəm".
Qeyd edək ki, Coşqun Diniyev bu ilin fevralından "Çorum"da çıxış edirdi