top
Şahdağ Qusarın baş məşqçisi: Oyunlara 1:0 hesabı ilə üstün başlayacağıq Idman.biz
31 may 2025, 14:35
- ↺ +

"Şahdağ Qusar"ın baş məşqçisi: "Oyunlara 1:0 hesabı ilə üstün başlayacağıq"

II Liqada çempion olan "Şahdağ Qusar"ın baş məşqçisi Elnur Abdullayevin futbolinfo.az saytına müsahibəsi

– II Liqada mövsümü məğlubiyyətsiz başa vuraraq çempion oldunuz. Təəssüratlarınız necədir?

– Haqq etdiyimiz çempionluq oldu. Bu, ikili çempionluqdur. O mənada ki, mövsüm ərzində məğlubiyyətlə üzləşmədik. Həqiqətən də, məğlubiyyətsiz çempionluq gözəl bir şeydir. Mən futbolçularıma hər zaman güvənirdim. İnanın mənə ki, mövsümün sonuna 6 tur qalmış I Liqaya vəsiqəni təmin etsək də, həmin vaxt uşaqlarda sevinc görmədim. Çünki qarşımıza konkret olaraq çempionluq məqsədi qoymuşduq. Normal halda I Liqaya vəsiqə qazanırsansa, bu da çempionluq kimi bir şeydir. Amma bu, bizim üçün yetərli deyildi, konkret olaraq çempionluğu hədəfləmişdik. Layiq olduğumuz çempionluğu da əldə etdik. Futbolçularımı, klub rəhbərliyini və "Şahdağ Qusar" azarkeşlərini ürəkdən təbrik edirəm.

– "Şəfa" ilə son turadək aranızda ciddi çempionluq mübarizəsi getdi və yekunda onları 1 xalla qabaqladınız. "Şəfa"nın bu dərəcədə rəqabət göstərəcəyini gözləyirdiniz?

– "Şəfa" II Liqada olmasaydı, çempionluğu 6 tur qabaq rəsmiləşdirə bilərdik. Həqiqətən də, aramızda yaxşı mübarizə getdi. Birinci dövrədə "Şəfa"ya 7:1 hesabı ilə qalib gəldik. Bundan sonra "Şəfa"da, deyərdim ki, 90 faiz dəyişiklik oldu: məşqçini dəyişdilər və heyətə təcrübəli futbolçular cəlb etdilər. Artıq bundan sonra çətin olacağını bilirdik. İkinci dövrə bizim üçün ilk dövrədən daha çətin keçdi. Lider olduğumuz üçün rəqiblər bizə qarşı başqa motivasiya ilə oynayırdılar. Biz bunu dərk etdiyimiz üçün hər matça final kimi baxırdıq. "Şəfa" ilə Bakıdakı görüşümüz finala bərabər idi. Həmin oyunu da yaxşı keçirdik, futbolçularım tapşırdığım hər şeyi yerinə yetirdilər və sonda meydanı 1 xalla tərk etdik. Bu, çempionluq xalı idi. Yekunda da çempion biz olduq.

– "Şahdağ Qusar" növbəti mövsümdə I Liqada çıxış edəcək. Hədəfiniz nə olacaq? Bu liqada da çempionluq mübarizəsi apara biləcəksiniz?

– Hazırda bu barədə heç bir şey deyə bilmərəm. Yaxınlarda rəhbərliklə görüşümüz olacaq. Rəhbərliyin nə tələb etdiyini, qarşımıza hansı hədəfi qoyduğunu biləndən sonra bu barədə məlumat verə bilərəm.

– II liqada oyunlarınızı məcburiyyətdən Şamaxıda keçirirdiniz. "Şahdağ Qusar"ın stadionundakı təmir işləri ilə bağlı vəziyyət nə yerdədir? I Liqada rəqiblərinizi Qusarda qəbul edə biləcəksiz?

– Ev oyunlarını Qusarda keçirsək, möhtəşəm azarkeşlərimizin hesabına oyunlara 1:0 öndə başlayacağıq. İnşallah, stadion tez bir zamanda bərpa olunar və rəqiblərimizi Qusarda qəbul edərik.

– Komandanın kapitanı Rahid Əmirquliyevin I Liqada da oyunçu kimi "Şahdağ Qusar"a kömək edib-etməyəcəyinə aydınlıq gəlib?

– Rahidlə bu haqda öz aramızda söhbət edəcəyik. Bu, elə şeydir ki, qərarı futbolçu özü verməlidir. Özünə də demişəm ki, qərarı özü versin. Futbolçu oynaya bilirsə, gücü varsa, komandaya kömək edə bilirsə, mənim üçün onun hansı yaşda olması fərq etmir. Rahid nə qərar verəcəksə, ona hörmətlə yanaşacağıq. Yanındayam, dəstəyəm. Nə qərar verəcəyini zaman göstərəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 18:25

Sabah və Gəncə Basketbol Liqasında Qələbə Qazanır

Basketbol
Bu gün, 18:13

NTD baş məşqçisi Tahir Baxşıyev: Komanda hələ sabit oyun nümayiş etməyə hazır deyil

Futbol
Bu gün, 17:56

"Qalatasaray"ın vitse-prezidenti Metin Öztürk istefa verdi

Futbol
Bu gün, 17:53

Şamaxı məşqçisi Azər Bağırov məğlubiyyətin səbəblərini açıqladı

Futbol
Bu gün, 17:43

Rafinya Messinin La Liqadakı rekordu təkrarlayıb: 11 turda 15 qol

Futbol
Bu gün, 17:34

"Komo" "Venetsiya"yı 1:0 hesabı ilə məğlub edərək A Seriyasında dördüncü yeri ələ keçirdi

Futbol
Bu gün, 17:33

Azər Bağırov: "Şamaxı"nın "Neftçi"yə qarşı matçında 100%-lik fürsətləri dəyərləndirmədiyini dedi

Futbol
Bu gün, 17:26

Babək Quliyev UEFA Gənclər Liqasının Göztəpə–AZ Alkmaar oyununda hakim‑inspektor təyin edildi

Digər
Bu gün, 17:16

Bakıda 8 noyabrda "Zəfər Kuboku" at yarışı keçiriləcək

Futbol
Bu gün, 17:15

Vernidub: "Şamaxı" heç də asan rəqib deyildi, heç bir halda xal itirə bilməzdik

Basketbol
Bu gün, 17:09

Murad Dikmen: “Gəncə”nin “NTD” üzərindəki qələbəsi və komandanın böyük hədəfləri haqında bəyanatlar verib

Futbol
Bu gün, 17:04

Neftçi Şamaxıya 3-2 qələbə verərək liderliğe yüksəldi

Futbol
Bu gün, 17:02

"Bavariya" Avropanın ilk beş liqasında məğlubiyyətsiz yeganə komanda olaraq qalıb

Basketbol
Bu gün, 17:02

"Sumqayıt" basketbol komandası baş məşqçisi hakimlərin qərəzli idarəçiliyini ittiham etdi

Futbol
Bu gün, 16:57

Everton Cek Qrilişi iki gün spirtli içki üçün heyətdən kənarlaşdırdı

Qarabağ FK
Bu gün, 16:55

"Neftçi" səfərdə "Şamaxı"ya qalib gələrək turnir cədvəlində liderə çevrilib

Futbol
Bu gün, 16:36

Amedspor Super Liqada 5-1 qalib, Balle hat-trik etdi, qırmızı vərəqə aldı

Digər
Bu gün, 16:32

İrlandiyanın 1500 m Avropa çempionu Siara Magian 34 yaşında vəfat edib

Futbol
Bu gün, 15:58

Trabzonspor Braziliyalı Forvard Con Kennedy ilə Danışıqlara Başladı

Futbol
Bu gün, 15:55

Neftçi futbolçusu Qustavo Klinsman 'Ayın qolu' mükafatını qazandı

Futbol
Bu gün, 15:49

PFL rəhbərliyi “Şamaxı” – “Neftçi” matçını stadiondan izləyir

Futbol
Bu gün, 15:28

Manchester United 9 oyunluk qalibiyyətsizlik seriyasını təkrarladı

Şahmat
Bu gün, 14:59

Aydın Süleymanlı 2700 klublarına yaxınlaşır: FIDE reytinqində azərbaycanlıların yüksəlişi

Futbol
Bu gün, 14:50

Fabio Kapello Yuventusun itirdiyi DNT‑sini bərpa etməsini tələb edir

Oxşar xəbərlər