Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə "Şahdağ Qusar" növbəti tərəfdaşlıq müqaviləsi imzalayıb. Sport24.az xəbər verir ki, "İsmikhanlı" şirkəti ilə əldə olunan razılaşma çərçivəsində tərəfdaşlıq müqaviləsini "Şahdağ Qusar"ın prezidenti Rahid Əmirquliyev və şirkətin direktoru Nəcəf Cəfərli imzalayıblar.
Anlaşmaya əsasən, "İsmikhanlı" MMC-nin "FrutRis" brendinin loqosu klubun oyun formasının çiyin hissəsində yerləşdiriləcək və şirkətə digər reklam hüquqları veriləcək.
Qeyd edək ki, "İsmikhanlı" MMC 2009-cu ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Şirkət tumlu və çəyirdəkli meyvələrin istehsalı və satışı, kalibrləşmə və soyuducu anbarlarda saxlanc xidmətləri ilə məşğuldur.