I Liqanın debütantı "Şahdağ Qusar" baş məqşçisi ilə müqavilə müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən mövsüm komandanın "sükanı arxasında" olan Elnur Abdullayevlə yeni sözləşmə imzalanıb.
Mehman Səfərov və Əlimirzə Daşzərini onun köməkçiləri kimi fəaliyyətə başlayacaqlar.
Qeyd edək ki, "Şahdağ Qusar" ötən mövsüm II Liqanın qalibi olub.