I Liqada mübarizə aparan "Şahdağ Qusar" futbol klubu maraqlı addım ilə diqqət çəkib.
Şimal təmsilçisi mövsümlük geyim dəstinin xərcini qarşılamaq üçün azarkeşlərin dəstəyinə bel bağlayıb.
Belə ki, klubun İdarə Heyətinin sədri və komandanın kapitanı Rahid Əmirquliyev sosial şəbəkə səhifəsində qusarlı fanatlara səslənib:
"Əziz azarkeşlərimiz, klubumuzun rəmzlərini üzərində daşımaq və komandamıza dəstək olmaq üçün azarkeş dəstini əldə edin.
Satışdan əldə olunan 7380 AZN gəlir ilə klubun ümumi geyim dəstlərinin xərci qarşılanacaq".
Onu da bildirək ki, azarkeş dəsti klubun formasından və şərfindən ibarətdir.
View this post on Instagram