top
Şahdağ Qubanın prezidenti Xanbaba Daşdının ölümü: Borclar və Türkiyədəki çətinliklər Idman.biz
27 iyun 2025, 17:29
- ↺ +

"Şahdağ Quba"nın prezidenti Xanbaba Daşdının ölümü: Borclar və Türkiyədəki çətinliklər

Türkiyənin İstanbul şəhərində meyiti tapılan "Şahdağ Quba" futbol klubunun prezidenti Xanbaba Daşdının ölümünün təfərrüatları məlum olub.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, o, Azərbaycanda işləri alınmayandan sonra Türkiyəyə gedib.

Son 3 ildə bu ölkədə yaşayıb və futbol meneceri kimi fəaliyyət göstərib. Lakin burada da çətinliklərlə üzləşib.

Digər məlumata görə, onun Azərbaycanda müxtəlif şəxslərə külli miqdarda borcu var. O, həm ayrı-ayrı şəxslərə, həm də şirkətlərə borclu olub. Daşdının Vətənə gələ bilməməyinin səbəbi də bu borclardır.

Qardaşı Təbriz Daşdı Teleqraf-a açıqlamasında deyib ki, Xanbabanın ölümü onlar üçün gözlənilməz olub. "Xəbəri bu gün səhər eşitdik. Onun belə bir hərəkət edəcəyinə inanmazdıq".

Xanbaba Daşdının Türkiyədə işlərinin necə getməyinə gəlincə, qardaşı bu barədə geniş məlumatı olmadığını söyləyib: "Zəng edib anamla danışırdı. Ailəmizin başqa üzvləri ilə elə də ünsiyyət saxlamırdı. Ona görə də işləri barədə geniş bilgim yoxdur".

Təbriz Daşdı bildirib ki, qardaşının meyitini Azərbaycana gətirmək istəyirlər, amma buna maddi imkanları yoxdur: "Bununla bağlı müvaffiq dövlət qurumlarından yardım istəyirik".

Qeyd edək ki, Xanbabanın ailəsi Qubanın Bağbanlı kəndində yaşayır. Atası vəfat edib, anası sağdır. Üç qardaşı və bir bacısı var. 1995-ci il təvəllüdlü Xanbaba həm də ikinci qrup əlildir. O, subaydır.

***

16:15

Keçmiş "Şahdağ Quba" futbol klubunun prezidenti Xanbaba Daşdı ölü tapılıb.

İdman.biz "Report"a istinadən xəbər verir ki, klub prezidentinin ötən gün Türkiyənin İstanbul şəhərində meyiti aşkarlanıb.

Yaxınları faktı təsdiqləyib.

Qeyd edək ki, ötən gün Xanbaba Daşdı özünə aid sosial şəbəkə hesabında intihar edəcəyi ilə bağlı video paylaşıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:20

Çelestini Bernli klubunun yeni baş məşqçisi olacaq

Futbol
Bu gün, 12:13

Zirə Kapitanı Qismət Alıyev: “Medallar üçün mübarizə davam edəcək”

Futbol
Bu gün, 12:00

PFL: Xankəndi və MOİK-in ev oyunlarının Xankəndi stadionunda keçirilməsi məsələsi əsaslı yoxlanılır

Futbol
Bu gün, 11:42

FİFA rəsmisi Kollina: Bakıdakı U-15 dünya çempionatı və festivalı gənc futbolçular üçün möhtəşəm təcrübədir

Futbol
Bu gün, 11:41

Azərbaycan Kubokunda 28 oktyabr: "Kəpəz"dən yürüş, Qusar derbisi və Premyer Liqa takımları üçün sensasiya təhlükəsi

Futbol
Bu gün, 11:40

Chelsea Yasin Ayarini Qazanmaya Cəhd Etdi: Milan, Qalatasaray, Fənərbaxça da Maraqlanır

Futbol
Bu gün, 11:35

Bakıda U15 dünyalı ərsəyagoturan argentinalı gənc Qarfanyoli İtaliya mətbuatında təqdim edildi

Futbol
Bu gün, 11:33

Azər Bağırov: Arsen Vengerin iştirakı ilə keçirilən ustad dərsi məşqçilər üçün böyük dəyər daşıyır

Futbol
Bu gün, 11:26

İspaniya Superkuboku 2027 üçün İstanbul seçildi – Azərbaycan ev sahibliyi təklif etdi

Minifutbol
Bu gün, 11:20

UEFA Çempionlar Liqası: "Araz-Naxçıvan" Polşada "Buba Mara"ya qarşı meydanda

Futbol
Bu gün, 11:08

Klarens Zeydorfun "Korintians"dakı debütü uğursuz oldu: İlk oyunda 2:3 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 11:03

FİFA U-15 Dünya Çempionatı iştirakçıları üçün əyləncəli festival təşkil edildi

Futbol
Bu gün, 11:00

Xorvat "Hayduk" "Sabah"ın yarımmüdafiçisi İvan Lepinitsaya maraq göstərir

Boks
Bu gün, 10:59

Məşhur boksçu Edqar Berlanga Florida ştatında təqsirləndirilən şəxs kimi həbs olundu

Cüdo
Bu gün, 10:47

28 oktyabr Dünya Cüdo Günü: Azərbaycan cüdoçularının tarixi uğurları və 2026-cı ildə Bakıdakı dünya çempionatındakı rekordu

Basketbol
Bu gün, 10:40

Neftçi Rumıniya klubunu "Oradya" qonaq edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın heç futbolçusuz IX tur rəmzi komandası açıqlandı

Futbol
Bu gün, 09:52

Futbolçuların oyun əvvəlində ammonyak duzlarını iyləmə səbəbləri açıqlanıb

Futbol
Bu gün, 09:49

Alonso'nun Enfieldə dönüşü, Bayern'ın kubok revanşı və İtalyan çempionatında nəhəng duelləri

Futbol
Bu gün, 09:40

Liverpoolin transfer siyahısında 3 yarımmüdafiəçi – Kamara, Skott və Nmecha

Qarabağ FK
Bu gün, 09:39

Qarabağ U-19 uşaqları 15:30‑da Azərsun Arena’da Dinamo ilə UEFA Gənclər Liqasında oyunçudur

Basketbol
Bu gün, 09:32

LANDAU Lions

Futbol
Bu gün, 09:20

Neymar 6 oyunda diskvalifikasiya və 100 min real cəriməyə məruz qala bilər

Basketbol
Bu gün, 09:14

"Neftçi" FIBA Avropa Kubokunun IV turunda Oradya ilə qarşılaşacaq

Oxşar xəbərlər