"Qalatasaray"ın sabiq üzvü Sabri Sarıoğlu Türkiyənin 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçi postundan ayrılıb.
"Report" xəbər verir ki, 40 yaşlı mütəxəssis bu barədə sosial şəbəkə hesabında bildirib.
Onun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Qeyd edək ki, S.Sarıoğlu 2023-cü ildən U-19-un "sükanı arxası"nda olub. O, 2002-ci ildən 2017-ci ilə qədər "Qalatasaray"ın formasını geyinib.