Rusiyanın "Sokol" klubu baş məşqçisi Aleksey Baqa ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Sokol" çempionatda 19 turdan sonra 19 xalla 16-cı sıradadır.
Baqa 2021-ci ilin dekabrından 2022-ci ilin sentyabrına qədər "Sumqayıt"a rəhbərlik edib.