Kiyev "Dinamo"sunun və Donetsk "Şaxtyor"unun sabiq qapıçısı Artur Rudko qalmaqalla üzləşib.
İdman.biz Ukrayna mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı qolkiper Ukrayna dövlət sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanılıb.
Saxlanıldıqdan sonra Rudko Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzlərindən birinə göndərilib. Onun burada ilkin hərbi hazırlıq keçəcəyi bildirilir.
Qeyd edək ki, təcrübəli qapıçının son klubu Odessa "Çernomorets"i olub. O, mövsümün sonunda bu komandadan ayrılıb. Onun peşəkar futbol karyerasını davam etdirməsi isə hələlik sual altındadır.
İdman.biz