top
Sabiq kapitan Sabahın oyunundakı qeyri-stabillikdən danışdı Idman.biz
03 oktyabr 2025, 18:19
- ↺ +

Sabiq kapitan "Sabah"ın oyunundakı qeyri-stabillikdən danışdı

"Sabah" stabil oyun sərgiləmir".

Bunu "Sabah"ın sabiq kapitanı Kərim Diniyev Sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- "Sabah"dan bu mövsüm gözləntilər yüksəkdir. Artıq 6 tur geridə qalıb. Sabiq komandanın bu mövsümkü çıxışını necə dəyərləndirirsən?

- Çempionat hələ yeni başlayıb və nəsə demək düzgün olmazdı. "Sabah" 5 oyun keçirib və yalnız 1 məğlubiyyəti var. Amma o məğlubiyyət də, "İmişli" ilə görüşdə gözlənilməz oldu. "Şamaxı" və "Turan Tovuz"a qalib gəliblərsə, "Neftçi" ilə heç-heçə də komandanın müsbət mənada aktivinə yazmaq olar. Yalnız "İmişli" məğlubiyyəti həm oyun, həm də nəticə baxımından gözləmilməz idi. Futbolda da belə şeylər olur da.

- Valdas Dambrauskasın "Sabah"dakı işini necə dəyərləndirirsən? Səncə, litvalı mütəxəssis bu komandada öz oyun sistemini qura bilib və ondan uğurlu nəticə gözləmək olar?

- Şəxsi fikrim belədir ki, "Sabah" stabil oyun sərgiləmir. "Turan Tovuz" üzərində inamlı qələbə zamanı tamam başqa "Sabah" var idi. "İmişli"yə uduzan isə tamam fərqli "Sabah" idi. Uğurlu olub-olmayacağını zaman göstərəcək. Hər halda, klub rəhbərliyi bunu daha yaxşı bilər.

- Ancaq Murad Musayevin vaxtında "Sabah" o qədər effektiv oynayırdı ki, sanki o "planka"nı aşa bilən məşqçi yoxdur. Razısan ki, "Sabah" ən yaxşı oyununu məhz Musayevin rəhbərliyi altında göstərirdi?

- Tamamilə razıyam. Yəqin hər kəs belə düşünür ki, Murad Musayevin vaxtındakı "Sabah" tamam başqa komanda idi. Son illərdə "Qarabağ"ın səviyyəsinə və "Qarabağ"la başabaş mübarizə aparan 2 komanda olubsa, onlardan biri Murad Musayevin vaxtındakı "Sabah" idi.

- Bu mövsümkü "Sabah" "Qarabağ"la çempionluq mübarizəsi apara biləcək?

- Çətin görünür. Çünki "Qarabağ" haqda nəsə artıq şərhə ehtiyac yoxdur. Həqiqətən də, "Qarabağ" Azərbaycanın qürurudur. "Sabah"ın çempionluq mübarizəsinə qoşulması real görünmür. Amma avrokuboklar üçün mübarizə aparacaqları dəqiqdir.

- "Sabah"da daha çox hansı mövqenin gücləndirilməsinə ehtiyac var?

- Bunu baş məşqçi və klub rəhbərliyi daha yaxşı bilər. Onlar işin içindədirlər. Hər mövqedə yaxşı oyunçuları var. Yəqin ki, onlar ehtiyac yaranarsa, qış fasiləsində güclənməyi məqbul bilsələr, transferlər edərlər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Oxşar xəbərlər