top
Sabiq futbolçu: Bütün Azərbaycan Qarabağdan Atletikə qarşı qələbə gözləyir Report.az
22 oktyabr 2025, 13:24
- ↺ +

Sabiq futbolçu: Bütün Azərbaycan "Qarabağ"dan "Atletik"ə qarşı qələbə gözləyir

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda bu gün "Atletik"ə qarşı oynayacaq (İspaniya) "Qarabağ"dan hər kəs qələbə gözləyir.

Bunu "Report"a açıqlamasında,Azərbaycan millisinin və "İnter"in (indiki "Şamaxı") sabiq futbolçusu Elnur Abdullayev deyib.

2015/2016 mövsümündə "İnter"in heyətində "Atletik"ə qarşı oynamış sabiq yarımmüdafiəçi "Qarabağ" üçün çox çətin olacağını söyləyib:

"Öncə "Qarabağ"a uğurlar arzulayıram. Ümid edirəm ki, qələbə bizim olacaq. Bütün Azərbaycan komandadan qələbə gözləyir. Hazırda "Qarabağ" daha üstün durumda - 6 xalla İspaniyaya yollanıb. Lakin "Atletik"in yaxşı kollektiv olduğunu deyə bilərəm. UEFA Çempionlar Liqasında əvvəlki iki oyunda məğlub olublar. Onlar üçün demək olar ki, final matçıdır. "Qarabağ" üçün çox çətin oyun olacaq. Çünki "Atletik" evdə oynayacaq".

Veteran futbolçu İspaniya klubunun indi daha güclü olduğunu vurğulayıb:

"Atletik"də İnyaki və Niko Uilyams qardaşları var, təhlükəli futbolçulardır. Ümumiyyətlə, "Atletik" indi daha güclü komandadır. Əsasən təmsil etdikləri bölgənin oyunçularına üstünlük verirlər. "Qarabağ"ın yeganə üstünlüyü odur ki, səfərdə daha yaxşı oynayır. Bütün səfər oyunlarını izləmişəm. Bakıda azarkeş təzyiqii və başqa səbəblərdən həyəcanlı olurlar. Səfərdə isə daha uğurlu çıxış edirlər. Hər halda, düşünürəm ki, "Qarabağ" bu gün uduzmayacaq. Komanda öz oyunu ilə azarkeşləri həmişə qələbəyə inandırıb".

Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı Bilbaodakı "San Mames" stadionunda, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Oxşar xəbərlər