"Levski" Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah"a qarşı ilk oyuna ciddi itki ilə çıxacaq. Sport24.az xəbər verir ki, bu barədə "Tema Sport" məlumat yayıb.
"Braqa" ilə matçda zədələnən yarımmüdafiəçi Georgi Kostadinov komandasına kömək edə bilməyəcək.
Tibbi heyət bolqar futbolçunu təmsilçimizlə oyuna hazır etmək üçün əlindən gələni etsə də, yarımmüdafiəçini sıraya qaytarmaq mümkün olmayacaq.
Qeyd edək ki, "Levski" - "Sabah" matçı avqustun 7-də Sofiyadakı Georgi Asparuhov adına stadionda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.