Misli Premyer Liqasının 8-ci turunda "Zirə" ilə qarşılaşacaq "Sabah" hazırlıqlarını davam etdirir. Sport24.az xəbər verir ki, "Sabah" oktyabrın 19-u saat 16:00-da başayacaq matçın hazırlıqlarını bu gün keçirdiyi məşqlə davam etdirib.
Masazır klubu bu görüşə itkilərlə çıxacaq. Zinedin Uld Xaled, Boyan Letiç və Neqoş Kupusoviçin oynamayacağı artıq dəqiqləşib. Lakin Coy-Lens Mikkelsin bu matçda oynayıb-oynamayacağı bəlli deyil.