top
Sabahın yarımmüdafiəçisi Lepinitsa: Dambrauskasın yanaşması xoşuma gəlir Idman.biz
02 avqust 2025, 14:16
- ↺ +

"Sabah"ın yarımmüdafiəçisi Lepinitsa: Dambrauskasın yanaşması xoşuma gəlir

"Sabah"ın xorvatiyalı yarımmüdafiəçisi İvan Lepinitsanın futbolinfo.az saytına müsahibəsi

- Konfrans Liqasında "Petrokub"a hər iki oyunda qalib gəldiniz (2:0, 4:1). Rəqibi belə asanlıqla mübarizədən kənarlaşdıracağınızı gözləyirdiniz?

- "Petrokub"a qarşı hər iki oyuna çox yaxşı hazırlaşmışdıq. İlk matçda bir az qol imkanlarını dəyərləndirməkdə çətinlik çəkdik, amma sonda evdəki cavab oyunu üçün çox yaxşı nəticə əldə etdik. Bakıda isə işi tamamladıq.

- Cavab matçında 3 qol vuran Coy-Lens Mikelsin performansını necə şərh edərdiniz? Sanki Valdas Dambrauskasın gəlişi ən çox ona yarayıb…

- Möhtəşəm idi, nə deyə bilərəm ki?! Üç qol vurdu, üstəlik, bir assist etdi – bu, tam bir MVP (oyunun ən dəyərli futbolçusu) çıxışı idi.

- Konfrans Liqasında növbəti rəqib "Levski" olacaq. Şansları necə dəyərləndirirsiniz?

- Qarşıda bizi iki çətin oyun gözləyir, buna görə də yaxşı hazırlaşmalıyıq. Amma düşünürəm ki, növbəti mərhələyə keçmək üçün şanslarımız olacaq.

- "Sabah" "Çelye" ilə oyunlar da daxil olmaqla, bu mövsüm avrokuboklarda keçirdiyi bütün matçlarda hörmət ediləsi komandalardan olduğunu isbatlaya bilib. "Sabah"ın potensialı daha artığını etməyə, daha yaxşı oyun sərgiləməyə imkan verir?

- Əlbəttə, imkan verir. Düşünürəm ki, düzgün yoldayıq. Mövsümün ilk oyunları həmişə çətin keçir, komandaya inkişaf etmək və daha yaxşı olmaq üçün vaxt lazımdır. Hesab edirəm ki, hər növbəti görüşdə daha güclü və yaxşı çıxış edəcəyik.

- Valdas Dambrauskasın gəlişindən sonra məşqlərdə, komandanın oyun planında və ya futbolçulara münasibətdə ən çox ürəyinizcə olan dəyişiklik hansıdır?

- Baş məşqçi gözəl futbol oynamağımızı, topa nəzarət etməyimizi istəyir. Komandanın mümkün olan ən yaxşı səviyyəyə çatmasını arzulayır. Onun bu yanaşması xoşuma gəlir və düşünürəm ki, biz futbolçular Dambrauskasın təcrübəsindən gələcəkdə çox faydalana bilərik.

- "Sabah" kimi, digər klublarımızın da etdiyi transferlər, çempionata ciddi yanaşmaları yeni mövsümün daha rəqabətli keçəcəyini deməyə əsas verir. Bu fikirlə razısınız? Premyer Liqanın yeni sezonundan gözləntiniz nədir?

- Hər mövsüm çox rəqabətli keçir və düşünürəm ki, liqa hər il daha da böyüyəcək. Bəli, qarşıdakı mövsüm də çox rəqabətli olacaq. Biz isə öz oyunumuza və necə oynamaq istədiyimizə fokuslanmalıyıq. Hədəflərimiz həmişə yüksəkdir və həmişə olduğu kimi, bu mövsüm də əlimizdən gələni edəcəyik.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 21:56

“Sabah”da yeni transfer

Digər
Bu gün, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Bu gün, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Bu gün, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Bu gün, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Digər
Bu gün, 21:03

İstiqlal idman idarəsinin direktoru Qazaxıstan-Azərbaycan əməkdaşlığına dair: Çövkən və kökpar üzrə birgə festival keçirilməsinə hazırdıq

Futbol
Bu gün, 20:57

Mançester Yunaytedin 1:4 məğlubiyyətindən sonra Maykl Kerrikin işi yəqin ki, Başlanğıc matçı Bornmut qarşısında deyil, yeni baş məşqçi axtarışı ilə sınaqdan keçirəcəkdir

Futbol
Bu gün, 20:54

Real Madrid, Barcelona və PSG Haaland üçün rəqabət aparır, Real iki ulduzunu satmaq məcburiyyətində qala bilər

Digər
Bu gün, 20:39

“Bavariya”ya ağır zərbə: Luis Dias bir neçə həftə oynaya bilməyəcək

Digər
Bu gün, 20:27

"Real"ın prezidenti "El Klasiko"da iştirak etməyəcək

Futbol
Bu gün, 20:20

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri məlum oldu

Cüdo
Bu gün, 20:13

Lökbatanda "TT FIGHT" peşəkar döyüş klubunun yeni idman zalı açıldı

Futbol
Bu gün, 20:05

Harri Keyn birinci, Yamal ikinci, Mbappé üçüncü

Cüdo
Bu gün, 20:01

Azərbaycan veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Futbol
Bu gün, 19:51

Famil Xəlilov: Azərbaycan U-15 Dünya Çempionatında layiqincə təmsil olunmaqdır

Futbol
Bu gün, 19:51

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri Azərbaycan və Özbəkistanda rəsmi olaraq açıqlanıb

Futbol
Bu gün, 19:47

Fəridə Lüftəliyeva UEFA tərəfindən üç beynəlxalq oyunla təyin edilib

Digər
Bu gün, 19:43

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Digər
Bu gün, 19:39

Yamal və Pedri Flikin qərarına baxmadılar - “El Klasiko” öncəsi gözlənilməz addım

Digər
Bu gün, 19:28

“Bir gün La Liqada oynamaq istərdim”

Digər
Bu gün, 19:25

Tebas “Real Madrid” qalmaqalında geri çəkilmir: “Mən hələ də buradayam”

Digər
Bu gün, 19:21

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Digər
Bu gün, 19:20

Keyn "Bavariya"nın əfsanəsini keçdi: Çempionlar Liqası tarixinin ən yaxşı 8 bombardiri siyahısına daxil oldu

Digər
Bu gün, 19:11

“Mançester Yunayted” Karriklə bağlı qərarını verdi - ağır məğlubiyyətdən sonra

Oxşar xəbərlər