top
Sabahın Ulduzları layihəsi çərçivəsində Bakı Kuboku uğrunda yarışlara start veriləcək Sport24.az
28 yanvar 2026, 19:58
- ↺ +

"Sabahın Ulduzları" layihəsi çərçivəsində Bakı Kuboku uğrunda yarışlara start veriləcək

AFFA-nın qəbul etdiyi futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq assosiasiya və Bakı Futbol Federasiyasının (BFF) birgə qərarı ilə U-13 və U-14 yaş qrupları üzrə "Sabahın Ulduzları" layihəsi çərçivəsində Bakı Kuboku uğrunda yarışlara start veriləcək. Sport24.az xəbər verir ki, 2026-cı il mart ayının 4-5-də ilk turun oyunları keçiriləcək.

 

Yarışın əsas məqsədi paytaxtda, eləcə də ölkəmizin hər yerində futbolun təbliğinə dəstək olmaq, uşaqlara milli ruhu aşılamaq, sağlam rəqabətli mühit formalaşdırmaq, istedadlı futbolçuları üzə çıxarmaq, onların yaxın gələcəkdə peşəkar futbolçu kimi yetişmələri üçün şərait yaratmaqdır. 

 

Qeyd olunan yaş qruplarının hər birində 12 komanda mübarizə aparacaq. Yarışlara PFK-ları, futbol məktəblərini ölkə çempionatında təmsil edən, həmçinin idman prinsiplərinə və "Sabahın Ulduzları" Bakı Kuboku uğrunda oyunların Əsasnamə tələblərinə cavab verən komandalar buraxılacaq.

 

Birdövrəli sistem üzrə keçiriləcək yarışın əsas mərhələsində ilk dörd pillədə qərarlaşan komanda yarımfinalda oynamaq hüququ qazanacaq.

 

"Sabahın Ulduzları" layihəsi təkcə yarış xarakteri daşımır. Bu, həm də uşaq futbolunda komanda ruhunun gücləndirilməsinə, yetişən nəsildə peşəkar təməl prinsipləri ilə bərabər idman mədəniyyətinin formalaşdırılmasına xidmət edir.

 

"Sabahın Ulduzları" Bakı Kuboku uğrunda yarış mərkəzləşdirilmiş qaydada Bayıl stadionunda keçiriləcək. Oyunların canlı yayımı, mətbuatda geniş işıqlandırılması nəzərdə tutulub.


İnanırıq ki, yenidən bərpa olunan "Sabahın Ulduzları" layihəsi Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Mahir Emreli, Ceyhun Nuriyev, Emil Balayev, Musa Qurbanlı, Coşqun Diniyev, Abbas Hüseynov, Rahil Məmmədov, Rza Cəfərov, Ağadadaş Salyanski, Namiq Ələsgərov, Azər Salahlı, Murad Məmmədov və digər futbolçuların, Əliyar Ağayev kimi hakimlərin, eyni zamanda gənc məşqçilərin, klub idarəçilərinin yetişməsində, onların inkişafında mühüm rol oynayacaq, Azərbaycan futboluna öz töhfələrini verəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər