"Sabah"ın U-10 komandası Rusiyanın Kazan şəhərində keçirilən "East Cup Kazan" beynəlxalq turnirinə qatılıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda turnirin A qrupunda Qazaxıstanın "Elimay", Rusiyanın "Nefteximik", Tacikistanın "Babilon" və Qırğızıstanın "Abdysh-Ata" komandaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi turnirdə ilk oyununu bu gün Tacikistanın "Babilon" komandasına qarşı keçirəcək. Yarışa mayın 17-də yekun vurulacaq.