"Sabah"dan ayrılan Sofian Çaklanın yeni klubu məlum olub. Sport24.az xəbər verir ki, 31 yaşlı müdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək. "Bayquşlar"ın sabiq futbolçusu AEL ilə ortaq məxrəcə gəlib.
Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Çakla 2023-2025-ci illər aralığında "Sabah"ın formasını geyinib.