top
“Sabah”ın SABAHI?! İdman.biz
26 noyabr 2024, 10:55
- ↺ +

“Sabah”ın SABAHI?!

Krunoslav Renduliç paytaxt klubunda cəmi 265 gün duruş gətirə bildi. Bu ilin martında "Sabah"ın baş məşqçisi təyin olunan xorvatiyalı mütəxəssis 2023/2024 mövsümünün finişində komandaya faydalı ola bildi. 11 oyunda 8 qələbə və 3 məğlubiyyət Bakı təmsilçisini Avropa kuboklarına daşıdı. Son turda səfərdə "Neftçi" üzərində qazanılan vacib qələbə flaqmanı qitəmiqyaslı yarışlardan kənarda qoymaqla yanaşı, 51 yaşlı mütəxəssisin nüfuzunu da xeyli artırdı. Artıq hamı elə bu ilin fevralında istefaya göndərilən Murad Musayevə layiqli əvəzləyici tapıldığını iddia edirdi.

Amma yayda Avropada uğursuz çıxış "Sabah"da hər şeyin heç də rəvan getmədiyinə işarə idi. Konfrans Liqasında startda Hayfa "Makkabi"sini mübarizədən kənarlaşdırılsa da, sonradan "Sant Patriks"lə oyunlarda məğlubiyyət komandada vəziyyətin ürəkaçan olmadığını sübuta yetirdi. Azərbaycan çempionatının ilk turunun "Şamaxı" ilə görüşündə 2:0 hesabını qoruya bilməyən "bayquşlar" növbəti turda ümumiyyətlə xalsız qaldılar. Ardınca 5 oyunda 3 qələbə və 1 heç-heçə Renduliçə yenidən etimad yaratdı. Amma arxada qalan 2 ayda komandanın qələbəyə həsrət qalması rəhbərliyi təxirəsalınmaz addımlar atmağa vadar etdi. 7 oyun qələbə qazanılmamsı xorvatiyalı mütəxəssisə bağışlanılmadı.

Rendiliç haqqında çox danışmaq olar. Komanda onun rəhbərliyi ilə baxımlı oyun nümayiş etdirməyə çalışsa da, yayda futbolçu seçimi zamanı səhvlərə yol verildiyi danılmazdır. Xüsusilə, müdafiə xəttində boşluqlar aşkar sezilir. Yeni transfer Pavol Şafrokonun hücumda arzuolunan fayda verə bilməməsi bir çox oyunlarda "Sabah"a baha başa gəldi. Keçmiş Yuqoslaviya məktəbindən olan serbiyalı Nyeqos Kupusoviçin niyə transfer edildiyi isə böyük suallar doğurur. Böyük ehtimalla, 23 yaşlı forvard xorvatiyalı mütəxəssisin xeyir-duası ilə komandanın heyətinə cəlb olunub. Amma Kupusoviçin 7 oyunda cəmi 120 dəqiqə şans qazanması da 51 yaşlı mütəxəssisin məsuliyyətinə yazıla bilər.

Azərbaycan futbolunun taleyi hamıya yaxşı məlumdur. İllərdir milyonların xərclənməsinə baxmayaraq, yığma səviyyəsində uğursuz nəticələr bir-birini əvəzləyir. Yalnız "Qarabağ"ın Avrokubokdakı çıxışı futbol azarkeşlərinə böyük sevinc bəxş edib. "Sabah" qarşısına böyük məqsədlər qoysa da, hələ də arzuolunan səviyyəyə yüksələ bilməyib. Klubu idarə edənlərdən Maqsud Adıgözəlov və Balakişi Qasımov AFFA İcraiyyə Komitəsində də yer alır və onlar Azərbaycan futbolunun problemlərinin çıxış yolunun tapılmasında əsas söz sahibidirlər. Bakı təmsilçisinin əvvəlki baş məşqçisi rusiyalı Murad Musayev məhz Qasımov tərəfindən komandaya dəvət olunduğunu bildirmişdi. Yenidən Rusiya futboluna müraciət edən "Sabah" Renduliçi Vasili Berezutski ilə əvəzləyib. Böyük ehtimalla, bu təyinat da Balakişi müəllimin əməyinin nəticəsidir.

Buradan belə nəticə çıxarmaq olar ki, "Sabah"ı lazımı səviyyəyə qaldıra bilməyən idarəçilərin Azərbaycan futbolunda əsas sözü sahiblərindən biri olması aksiomadır. Arxada qalan dövrdə klubda verilən qərarların yanlış olması nəticələrdə özünü aşkar əks etdirir. Elə Murad Musayevlə bağlı baş verənlər xatırlamaq kifayətdir. "Sabah"ı tərk etdikdən sonra "Krasnodar"a yollanan mütəxəssisin başçılıq etdiyi komanda çempionluq yarışında mübarizə aparır. Az keçmədən onun aqibətini Renduliç yaşayır. Deməli, problem məşqçilərdə deyil, idarəetmədədir.

Maraqlıdır, hansı müsbət keyfiyyətlərinə görə Berezutskiyə üstünlük verilib? Baş məşqçi kimi təcrübəsi olmayan mütəxəssisin "Sabah"dakı fəaliyyəti böyük sual doğurur. Növbəti uğursuzluq klub rəhbərliyinin imicinə böyük zərbə olacaq. Büdcəsi və heyətini nəzərə alsaq, avrkokuboklardan kənarda qalmaq isə komanda üçün uğursuzluq sayılacaq.

Kamal Rza
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Dünən, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Dünən, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Dünən, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Oxşar xəbərlər