"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Sloveniyanın "Sele" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Sele" qapıçı Jan-Lyuk Leban ilə anlaşıb. 22 yaşlı sloveniyalı qolkiperin müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 10-da "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.