UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Levski"nin heyətində daha bir itki baş verib. Sport24.az xəbər verir ki, Georgi Kostadinovdan sonra Kristian Dimitrov da sıradan çıxıb.
28 yaşlı mərkəz müdafiəçisi 2-ci təsnifat mərhələsinin "Braqa" ilə oyununda zədələnib. Təcrübəli futbolçu bu gündən məşqlərə başlayıb. Onun Azərbaycan təmsilçisinə qarşı oynamaq ehtimalı azdır.
Qeyd edək ki, "Levski" - "Sabah" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.