"Sabah"ın qapıçısı Rauf Əyyubov əməliyyat olunub. Sport24.az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qolkiper sol bilək skafoid sümüyünün sınığının osteosintezi əməliyyatı keçirib.