top
Sabahın Letiçi Selye oyunlarından, Petrokubla şanslardan və Dambrauskasdan danışdı – MÜSAHİBƏ Idman.biz
21 iyul 2025, 13:10
- ↺ +

"Sabah"ın Letiçi "Selye" oyunlarından, "Petrokub"la şanslardan və Dambrauskasdan danışdı – MÜSAHİBƏ

"Sabah"ın serbiyalı müdafiəçisi Boyan Letiçin Futbolinfo.az saytına müsahibəsi

– Avropa Liqasında "Selye" ilə keçirdiyiniz hər iki oyun (2:3, 3:3) haqda fikirlərinizi bildirərdiniz. "Sabah"ın növbəti mərhələyə adlamasına nə mane oldu?

– "Çelye"nin ötən mövsüm Konfrans Liqasının 1/4 finalına qədər irəliləməsinə təəccüblənmirəm, çox yaxşı komandadır. Sistemi olan bir kollektivdir, hər futbolçunun meydanda nə etməli olduğunu bilirsən və bu sistem onlarda yaxşı işləyir. Baş məşqçi komandaya 2-3 ildir rəhbərlik edir. Bunu ona görə dəqiq deyirəm ki, Kvesiç və Nieto ilə danışmışam – biri ilə millidə, digəri ilə isə İspaniyada bir komandada oynamışam. Hər oyundan sonra – istər qələbə olsun, istərsə də olmasın – 24 saatlıq bir dövr var: sevinc-xoşbəxtlik, eyforiya və ya kədər-depressiya, əsəb. Amma 24 saat keçdikdən sonra bütün bunları arxada qoyuruq, düşünürük və yolumuza davam edirik. Çünki biz peşəkarıq. Unutmayın, insanları son oyunlarına görə xatırlayırlar, yaxşı olan hər şey çox tez unudulur.

– Hər iki oyunun start heyətində sizi görmədik. Bunun səbəbini necə izah edərdiniz?

– Əsas heyətdə kimlərin yer almalı olduğuna baş məşqçi qərar verir. Hər birimiz istəyirdik ki, "Selye" səddini aşaq. Bəlkə də ilk oyunun son dəqiqəsində buraxdığımız qol həlledici oldu, amma bunu demək çətindir. Necə varsa, elə də demək lazımdır: rəqib daha yaxşıdırsa, əlini sıxıb təbrik etmək gərəkir. İndi başımızı dik tutmalıyıq. Qarşıda növbəti oyunumuz var. Əlimizdən gələn qədər hazırlaşmalı və Konfrans Liqasında irəliləmək üçün hər şeyi etməliyik.

– Konfrans Liqasında "Petrokub"la üz-üzə gələcəksiniz. Şansları necə dəyərləndirirsiniz? Bu cütlükdə "Sabah"ı favorit saya bilərik?

– Dəqiq nəsə demək çətindir, çünki "Petrokub"u yetərincə yaxşı tanımırıq. Bildiyimə görə, onlar ötən il Konfrans Liqasının əsas mərhələsində oynayıblar və sözsüz ki, yaxşı komandadırlar. Mən həmişə şansları 50/50 hesab edirəm. Özümüzə inanmalıyıq – keyfiyyətli komandamız var və rəqibin kim olduğuna yox, öz bildiyimizi etməyə fokuslanmalıyıq. Mən müsbət nəticə əldə edəcəyimizə inanıram.

– Yeni baş məşqçi Valdas Dambrauskas haqda ilkin təəssüratınız necədir? Sizcə, onun "Sabah"dakı fəaliyyəti uğurlu alınacaq?

– Yeni baş məşqçimiz bu bir ay ərzində komandaya yeni enerji gətirib. Futbola yanaşma tərzi, ideyası, baxışı və istiqaməti xoşuma gəlir. Təbii ki, hələ hər şeyi tam mənimsəmək üçün vaxta ehtiyacımız var. Amma inanıram ki, onunla birlikdə uğurlu olacağıq.

– Bəs yeni transferlər haqda fikirləriniz necədir? Onlar komandanıza əlavə güc qata biliblər?

– Transferləri bəyənirəm. Düşünürəm ki, onlar bizə çox faydalı olacaqlar. Əsas səbəb isə budur ki, komandaya bizdə çatışmayan yeni bir enerji gətirdilər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 02:18

Evloyevin məğlubiyyətsiz seriyası sona çatdı: Volkanovski böyük çempion kimi qalxdı

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Futbol
Bu gün, 01:41

De Zerbi: Tottenhamun 2-0 qalibiyyəti psixoloji irəliləyişimizlə bağlıdır

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Futbol
Bu gün, 01:07

Lans 2-1lə Parisə məğlubiyyət qazandı, liderlərə bir xal yaxınlaşdı

Digər
Bu gün, 00:55

Pyotr Yan üçüncü dəfə Dvalişvilini məğlub edərək UFC çempionluq kəmərini uğurla müdafiə etdi

Digər
Bu gün, 00:38

Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var”

Digər
Bu gün, 00:31

Qavi El-Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 23:21

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:55

Totenhem 2-0 ilə Çelsini məğlub etdi

Futbol
Dünən, 22:28

Kim Min Jae-nin Arsenal-a keçidi ehtimalı

Futbol
Dünən, 22:20

Şəfa baş məşqçisi Həşimov: 1:2 məğlubiyyət, oyun başlanğıcında pis, sonra toparlanıldı

Futbol
Dünən, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Dünən, 21:50

Neftçi baş məşqçisinin matç sonrası açıqlamaları: Futbolçuların düşüncələrini başa düşə bilmirəm

Digər
Dünən, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Dünən, 21:21

Prezident İlham Əliyev U-15 Milli Yığmasını təbrik etdi, Famil Xəlilov motivasiyanı artırır

Futbol
Dünən, 21:16

Kurban Berdıyev: "Turan Tovuz" "Neftçi" ilə heç-heçəni itirilən 2 xal kimi qiymətləndirir

Futbol
Dünən, 21:00

Azərbaycan U-15 millisə FIFA Dünya Çempionatı sahəsində 6-0 hesabı ilə Timor-Leste ilə qələbə qazandı

Oxşar xəbərlər