top
“Sabah”ın legioneri: “Qələbə qazanılmayanda səbəb axtarılır” - MÜSAHİBƏ İdman.biz
13 noyabr 2024, 12:13
- ↺ +

“Sabah”ın legioneri: “Qələbə qazanılmayanda səbəb axtarılır” - MÜSAHİBƏ

"Sabah"ın braziliyalı müdafiəçisi İqor Noqeyranın Futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 13-cü turunda "Kəpəz"lə (2:2) matçda da qələbə qazana bilmədiniz…

– "Kəpəz"lə oyunda rəqibdən üstün idik. Qol şanslarımızdan yetərincə istifadə edə bilmədik. Matça qələbə üçün çıxmışdıq. Sırf oyun baxımından yanaşsaq, qalib gəlməli olduğumuz oyun idi.

– Son turlarda komanda heç də yaxşı çıxış etmir, nəticələr ürəkaçan deyil. Bunun səbəbi nədir?

– Yaxşı oynamadığmızla bağlı razı deyiləm. Sadəcə, qalib gələ bilmirik. Əlbəttə, futbolda nəticə əsasdır. Buna görə qalib gəlməyəndə avtomatik olaraq əksəriyyət oyunun da yaxşı olmadığını düşünür. Amma bununla razı deyiləm. Oyun var, sadəcə, nəticə istədiyimiz kimi olmadı. Səhvləri aradan qaldırmaq üçün çalışmalıyıq. Bunun üçün də işləyirik. İnanıram ki, tezliklə bu, nəticələrdə də özünü göstərəcək.

– Hazırkı durumu dəyişmək üçün nə etməlisiniz?

– Vəziyyəti düzəltmək üçün üzərimizdə daha çox çalışmalı, səhvləri aradan qaldırmalı və özümüzü təkmilləşdirməliyik. Komanda olaraq da bunun üzərində işləyirik.

– Hücum xəttində problem olduğu ilə razılaşırsız?

– Qələbə qazanılmayanda səbəb axtarılır. Bu cür fikirlərin olması normaldır. Amma mən qələbə qazana bilməməyimizi sırf bir mövqe ilə bağlamazdım. Qalib gələ bilməmişiksə, bunda hamının səhvi var.

– Qarşıda ağır "Turan Tovuz" səfəri var. Xalla qayıda biləcəksiz?

– Rəqibin kimliyindən asılı olmayaraq, növbəti oyun həmişə ən çətin olandır. Ümumiyyətlə, çempionatda asan oyun yoxdur. Biz hər matçımıza qalib gəlmək üçün çıxırıq. Bu oyun da istisna olmayacaq. Əsas olan meydana çıxıb, var qüvvəmizlə öz oyunumuzu sərgiləməkdir. Bundan sonra nəticə də olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Oxşar xəbərlər