top
Sabahın legioneri: Qarabağ xətlər arasında çoxsaylı oyunçusu ilə oynamağı xoşlayır - MÜSAHİBƏ Idman.biz
11 may 2025, 16:48
- ↺ +

"Sabah"ın legioneri: "Qarabağ" xətlər arasında çoxsaylı oyunçusu ilə oynamağı xoşlayır" - MÜSAHİBƏ

"Sabah"ın müdafiəçisi Con İrazabalın Sportal.az saytına müsahibəsi

- "Sabah" son turda "Şamaxı"ya qalib gəlməyi bacardı. Görüş sizin üçün necə alındı? Hər şey istədiyiniz kimi oldu?

- Məncə, yaxşı oyun alındı. Amma buraxdığımız qolu nəzərə alsaq, biz daha diqqətli olmalıyıq. Bu məqamlar həlledici ola bilər. Ona görə də, daha diqqət olmaq lazımdır.

- "Sabah" 2 il idi ki, "Şamaxı"nı məğlub edə bilmirdi. Demək olar ki, bu tilsimi də qırdınız. Bu sizə əlavə motivasiya verir?

- Bilirsiz, xüsusilə "Şamaxı"nın meydançasında yaxşı oynamamağımız gözə çarpırdı. Bu da bizim əsas problemimiz idi. Təbii ki, qələbə qazanmağımıza görə sevinirik. Qalib gəlmək həmişə yaxşıdır.

- Komandanız hazırda 5-ci pillədədir və 4-cü yerdə qərarlaşan "Turan Tovuz"dan cəmi 5 xal geridə qalır. Ümumiyyətlə, "Sabah"ın mövsümü 4-cü yerdə bitirmək şanslarını necə görürsən?

- Düşünürəm ki, "Turan Tovuz" 4-cü yeri tutmaq üçün onlara lazım olan xalları toplayacaq. Amma buna baxmayaraq, qarşıda bizi gözləyən bütün görüşlərdə qələbə qazanmaq istəyirik. Meydana da qalibiyyət üçün çıxacağıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

- "Sabah" üçün mövsümün sonu çox ağır qrafikdir. "Zirə", "Neftçi" və ökə kubokunun finalında "Qarabağ"la görüş. Bu üç görüş üçün komanda mental və fiziki olaraq hazırdır?

- Mənim üçün bütün oyunlar həmişə maraqlı oyunlardır. Xüsusilə kuboku qazanmaq üçün hər kəs üçün motivasiya olmalıdır. Təbii ki, həm çempionat, həm də kubok görüşünə qələbə üçün çıxacağıq.

- "Zirə" ilə görüşdə yəqin ki, məqsəd qələbə qazanmaq olacaq? Onlar artıq 2-ci pillədəki yerini təmin edib...

- Bəli, bu görüşdə də qalibiyyət əsas məqsədimizdir. Növbəti görüşümüzə indidən hazırlaşırıq. Meydana çıxdığımız hər oyunda qalibiyyət istəyirik. "Zirə" də bu mövsümü çox yaxşı keçirdi. Onlara qarşı oyun asan keçməyəcək. Hamının ən maraqla gözlədiyi "Sabah" -"Qarabağ" görüşüdür.

- Ölkə kubokunu qazanmaq şanslarınızı necə dəyərləndirirsən? Səncə, "Qarabağ"ı necə məğlub edə bilərsiz?

- Bir oyunda hər şey ola bilər. Rəqib xətlər arasında bir çox oyunçu ilə oynamağı sevir. Buna görə də bu keçid xətlərini bağlamaq üçün kompakt və diqqətli olmaq çox əhəmiyyətli olacaq. Topa sahib olmaq bizə çox kömək edəcək. Çünki "Qarabağ" topla daha güclüdürlər. Biz isə çalışacağıq ki, istədiyimiz oyunu sərgiləyərək məqsədimizə çataq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:34

Premyer Liqa matçında 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil edilib - FOTO

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Oxşar xəbərlər