top
Sabahın idman direktoru avrokubokdakı çıxışı dəyərləndirdi, toparlanmağı və inkişaf etməyi tövsiyə etdi Report.az
15 avqust 2025, 17:12
- ↺ +

"Sabah"ın idman direktoru avrokubokdakı çıxışı dəyərləndirdi, toparlanmağı və inkişaf etməyi tövsiyə etdi

"Sabah" komandası Bolqarıstan təmsilçisi "Levski"yə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində uduzduqdan sonra toparlanmalı və növbəti oyunlarda özünü inkişaf etdirməlidir.

Bu barədə "Report"a Bakı klubunun idman direktoru İqor Ponomaryov açıqlama verib.

O, "bayquşlar"ın cari mövsüm avrokuboklardakı çıxışını dəyərləndirib:

"Komandanın cari avrokubok mövsümünə baxsaq, müsbət və mənfi çalarları görə bilərik. İlk oyunda ötən mövsümdə Konfrans Liqasının 1/4 finalında oynamış "Sele" ilə qarşılaşdıq. Evdə son dəqiqə qolu ilə 2:3 uduzsaq da, səfərdə eyni hesabla qalib gəldik. Oyun əlavə vaxta getdi. Rəqib yalnız əlavə vaxtda vurulan qolla mərhələni keçdi. Lakin bu iki oyunda təcrübəli və keyfiyyətli rəqiblə başabaş mübarizə apardıq. Komanda UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın "Petrokub" kollektivi ilə matçlarda çox inamlı təsir bağışladı. Bəlkə də bəzilərində "Petrokub" zəif rəqib təəssüratı yarada bilər, amma nəzərə alaq ki, bu komanda da ötən mövsüm Konfrans Liqasının liqa mərhələsində iştirak etmişdi. İlk oyun da rəqibin gücünü göstərdi. Lakin komanda xarakter nümayiş etdirərək, səfər oyunundan vacib qələbə ilə qayıtmağı bacardı. Ev matçında isə böyükhesablı qələbə qazandıq".

Funksioner ötən gün "Levski"yə uduzduqları qarşılaşmalara da toxunub:

"Bu cütdə ilk oyunu çox yaxşı keçirdik. Rəqib yalnız son saniyələrdə vurulan qolla qalib gəldi. Azərbaycandakı oyunda isə ilk növbədə stadionda olan möhtəşəm atmosferi qeyd etməliyəm. Buna görə azarkeşlərə təşəkkür düşür. Təəssüf ki, onları qələbə və növbəti mərhələyə vəsiqə ilə sevindirə bilmədik. Oyuna gəldikdə isə, deməzdim ki, rəqibdən geri qaldıq. Hər iki komandanın imkanları oldu, lakin onlar bu fürsətdən daha yaxşı yararlandılar. Rəqib etibarlı müdafiə xətti ilə seçilən komanda idi. Avrokuboklarda cari mövsümdə keçirdikləri oyunlar da bunu göstərir. 6 matça cəmi 2 qol buraxıblar ki, bu qollar da əlavə vaxta təsadüf edib. Yəni rəqib cari avrokubok mövsümündə 90 dəqiqə ərzində heç bir qarşılaşmada qol buraxmayıb. Üstəlik, Bolqarıstan çempionatına da yaxşı başlayıblar – 4 oyun, 4 qələbə. Əlbəttə, bütün bunlara rəğmən, mərhələ keçə bilərdik. İmkanlarımız da oldu. Lakin təəssüf ki, alınmadı. Artıq bu görüşlər geridə qalıb. İndi komanda toparlanmalı və növbəti oyunlarda özünü inkişaf etdirməlidir".

Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Levski"yə uduzaraq (0:1, 0:2) mübarizəni dayandırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 13:28

Baş məşqçinin qeyri-adi üsulu üzə çıxdı: Basketbolçularını atəş və partlayış səsləri ilə hazırlayıb

Futbol
Bu gün, 13:20

Vitinya: Ballon d'Orun PSG oyunçusuna qalması ən haqlı nəticə olardı

Digər
Bu gün, 13:00

Rüstəm Məmmədov: “Heç kimi vurmamışam, məsələ şişirdilib”

Digər
Bu gün, 12:58

“Barselona” “Panatinaikos”dan ucuz oldu: Qazaxıstanda “Sabah” və “Kayrat”ın bilet qiymətləri müqayisə edildi - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 12:42

Timoteuş Puxaç: Karyeramı bitirəndə də Bakıya qayıdacağam - müsahibə

Futbol
Bu gün, 12:40

Liverpool, Bornmutdan Aleks Skott və Monakodan Lamin Kamara transferini nəzərdən keçirir

Futbol
Bu gün, 12:31

Harry Kane 100 oyunda 102 qol vurar, Bundesliqa rekordunu qırdı

Digər
Bu gün, 12:13

Azərbaycan İkinci Liqasında səkkizinci tura yekun vurulacaq

Digər
Bu gün, 12:00

Cahangir Həsənzadə: “Sabah” “Borussiya”dan çəkinməyəcək”

Digər
Bu gün, 11:43

“Gümüş medalla kifayətlənən idmançılardan deyiləm” - güləşçimiz Elmir Əliyevdən İDMAN.BİZ-ə AÇIQLAMA + FOTO

Digər
Bu gün, 11:40

CEV Çempionlar Liqası: "Turan" Xorvatiya təmsilçisinə qarşı

Digər
Bu gün, 11:32

“Sabah”ın oyununa görə Bakı metrosunda xüsusi iş rejimi tətbiq olunacaq

Digər
Bu gün, 11:20

İngiltərə nəhəngləri "Sabah"ın rəqibinin müdafiəçisinin transferində maraqlıdır

Digər
Bu gün, 11:13

Bakı metrosu “Sabah”ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək

Digər
Bu gün, 11:00

“Sabah”la oyun öncəsi böhran: "Borussiya" baqajı təyyarəyə yerləşdirə bilmədi

Digər
Bu gün, 10:58

Çempionlar Liqasında ehtiyat oyunçular rekord sayda qol vurublar

Digər
Bu gün, 10:43

İspaniya Bakı mundialına hazırdır: “Real”, “Barselona” yetirmələri və “Arsenal”lı futbolçunun qardaşı heyətdə

Digər
Bu gün, 10:28

“Borussiya” Bakıya uçuş zamanı məcburi enişdən qeyri-adi üsulla yayınıb

Digər
Bu gün, 10:20

FIFA U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi

Digər
Bu gün, 10:13

Bakıda kişilər və qadınlar arasında tennis çempionatı başlayır

Digər
Bu gün, 10:00

“Neftçi”nin futbolçusu Avropaya yollanır? PAOK-dan gözlənilməz addım

Digər
Bu gün, 09:52

Məşhur futbolçu ilə müğənninin gizli sevgisi üzə çıxdı

Digər
Bu gün, 09:52

“Borussiya” Bakıdakı stadionla bağlı zarafatında vacib faktı gözdən qaçırdı - VİDEO

Digər
Bu gün, 09:44

“Fənərbağça”nın “Slaviya” sınağı, PSJ - “Barselona” dueli: Çempionlar Liqasında doqquz oyun - AFİŞA

Oxşar xəbərlər