top
Sabahın hücumçusu: Qələbə üçün maksimum güc sərf etməlisən Idman.biz
28 avqust 2025, 13:51
- ↺ +

"Sabah"ın hücumçusu: Qələbə üçün maksimum güc sərf etməlisən

"Sabah"ın hücumçusu Pavol Şafrankonun Futbolinfo.az saytına müsahibəsi

– "Şamaxı" ilə səfər oyununda qalib gəldiniz. Oyun haqqında fikriniz nədir?

– Şamaxıda oynamaq hər komanda üçün çox çətindir. 3 ildir burada qalib gələ bilməməyimizi qeyd etmək kifayətdir. Bizim üçün mövsümə qələbə ilə başlamaq çox vacib idi. Çətin matç oldu, amma komanda olaraq bu çətin səfərdən qələbə ilə ayrılmağı bacardıq. Bizim üçün vacib 3 xal idi.

– Qalib gəlmək sizin üçün çətin oldumu?

– Əlbəttə, bayaq da qeyd etdiyim kimi Şamaxı səfəri hər zaman çətin keçir. Amma onu da qeyd etməliyəm ki, liqada heç bir oyun asan olmur. Qalib gəlmək üçün maksimum güc sərf etməlisən.

– Yeni mövsümün startı ilə bağlı düşüncəniz necədir? Hədəfiniz nədir?

– Hədəflərimiz dəyişməyib. Həmişə olduğu kimi ən yüksək pillələr uğrunda mübarizə aparacağıq.

– Avrokuboklardan sonra vəziyyətiniz necədir? Özünüzü necə hiss edirsiniz?

– Komandanın hər bir üzvü avrokuboklarda daha çox irəliləmək istərdi. Bunun üçün çalışırdıq. Lakin təəssüf ki, bacarmadıq. Yaxşı oyunlarımız oldu, amma daha çox irəliləyə bilmədik. Bunu qəbul etməli və tam olaraq çempionata fokuslanmalıyıq.

– Sizcə, bu mövsüm "Sabah" ötən mövsümdən daha güclü olacaqmı?

– Bunu zaman göstərəcək. İndidən nəsə demək çətindir. Sadəcə onu deyə bilərəm ki, bizim yaxşı komandamız var və bu komanda ilə hədəflərimizə çata bilərik.

– Hansı komandalar sizin üçün çətin rəqib olacaq? Bu mövsüm hansı komandalar güclü görünür?

– Məncə, bu il liqa daha güclü olacaq. Klublar yeni futbolçularla gücləniblər. Bu, azarkeşlər üçün də maraqlı olacaq. Qalib gəlmək üçün hər oyuna 100 faiz fokuslanmalıyıq.

– Növbəti oyunda debütant "İmişli" ilə qarşılaşacaqsınız. Favorit sizsiniz. Evdə qələbə qazana biləcəksinizmi?

– Çempionatda hər oyun çətindir və qalib gəlmək üçün meydanda maksimumunu qoymalısan. "İmişli" ilə matça da çox ciddi hazırlaşmalıyıq. Çempionatda hədəflərimizə çatmaq üçün hər oyuna 3 xal üçün çıxmalıyıq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:30

Niko Pas Mourinyoya zəng edərək "Real"a yalnız ehtiyat üzvü kimi qayıtmaq istəmədiyini bildirib

Qarabağ FK
Bu gün, 13:28

“Şəfa”‑“Araz‑Naxçıvan” sonuncu yerdən qurtulmağa çalışacaq, “Zirə”‑“Qəbələ” isə “Qarabağa” yaxınlaşmaq üçün mübarizə aparır? - İDMAN.BİZ‑in İCMALI

Voleybol
Bu gün, 13:08

Mateus Arauxo: "Azərbaycan çempionatı hər il inkişaf edir və daha maraqlı olub"

Gimnastika
Bu gün, 13:06

Azərbaycan gimnastı Tofiq Əliyev tumblinq üzrə dünya çempionatında gümüş medal qazanıb

Futbol
Bu gün, 12:50

İspaniya 2030-cu il Dünya Çempionatının finalı Mərkirdə keçirilərsə turnirdən imtina edəcək

Futbol
Bu gün, 12:48

Latsio Neapolda Çətin Sınaqla, Inter Komo ilə Mübarizədə

Basketbol
Bu gün, 12:35

Sabah basketbol klubu oyunçusu Mayk Ertel ilə müqaviləni bağlamış

Futbol
Bu gün, 12:30

FİFA prezidenti İnfantino yenidən seçilmək üçün Dünya çempionatının formatını dəyişdirmə planlarından vaz keçə bilər

Futbol
Bu gün, 12:28

Fransa Liqa 1-in 10-cu turu: PSJ-nin liderliyi, "Havr"dakı məşqçi krizi və zirvə komandalarının qarşıları

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Oxşar xəbərlər