top
Sabahın Avrokubokdakı Çıxışı: Ponomaryov Təəssüflənir, Amma Gələcəyə Ümid Edir Idman.biz
Bu gün, 17:51
- +

"Sabah"ın Avrokubokdakı Çıxışı: Ponomaryov Təəssüflənir, Amma Gələcəyə Ümid Edir

"Sabah" komandası Bolqarıstan təmsilçisi "Levski"yə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində uduzduqdan sonra toparlanmalı və növbəti oyunlarda özünü inkişaf etdirməlidir.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a Bakı klubunun idman direktoru İqor Ponomaryov açıqlama verib.

O, "bayquşlar"ın cari mövsüm avrokuboklardakı çıxışını dəyərləndirib: "Komandanın cari avrokubok mövsümünə baxsaq, müsbət və mənfi çalarları görə bilərik. İlk oyunda ötən mövsümdə Konfrans Liqasının 1/4 finalında oynamış "Sele" ilə qarşılaşdıq. Evdə son dəqiqə qolu ilə 2:3 uduzsaq da, səfərdə eyni hesabla qalib gəldik. Oyun əlavə vaxta getdi. Rəqib yalnız əlavə vaxtda vurulan qolla mərhələni keçdi. Lakin bu iki oyunda təcrübəli və keyfiyyətli rəqiblə başabaş mübarizə apardıq. Komanda UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın "Petrokub" kollektivi ilə matçlarda çox inamlı təsir bağışladı. Bəlkə də bəzilərində "Petrokub" zəif rəqib təəssüratı yarada bilər, amma nəzərə alaq ki, bu komanda da ötən mövsüm Konfrans Liqasının liqa mərhələsində iştirak etmişdi. İlk oyun da rəqibin gücünü göstərdi. Lakin komanda xarakter nümayiş etdirərək, səfər oyunundan vacib qələbə ilə qayıtmağı bacardı. Ev matçında isə böyükhesablı qələbə qazandıq".

Funksioner ötən gün "Levski"yə uduzduqları qarşılaşmalara da toxunub: "Bu cütdə ilk oyunu çox yaxşı keçirdik. Rəqib yalnız son saniyələrdə vurulan qolla qalib gəldi. Azərbaycandakı oyunda isə ilk növbədə stadionda olan möhtəşəm atmosferi qeyd etməliyəm. Buna görə azarkeşlərə təşəkkür düşür. Təəssüf ki, onları qələbə və növbəti mərhələyə vəsiqə ilə sevindirə bilmədik. Oyuna gəldikdə isə, deməzdim ki, rəqibdən geri qaldıq. Hər iki komandanın imkanları oldu, lakin onlar bu fürsətdən daha yaxşı yararlandılar. Rəqib etibarlı müdafiə xətti ilə seçilən komanda idi. Avrokuboklarda cari mövsümdə keçirdikləri oyunlar da bunu göstərir. 6 matça cəmi 2 qol buraxıblar ki, bu qollar da əlavə vaxta təsadüf edib. Yəni rəqib cari avrokubok mövsümündə 90 dəqiqə ərzində heç bir qarşılaşmada qol buraxmayıb. Üstəlik, Bolqarıstan çempionatına da yaxşı başlayıblar – 4 oyun, 4 qələbə. Əlbəttə, bütün bunlara rəğmən, mərhələ keçə bilərdik. İmkanlarımız da oldu. Lakin təəssüf ki, alınmadı. Artıq bu görüşlər geridə qalıb. İndi komanda toparlanmalı və növbəti oyunlarda özünü inkişaf etdirməlidir".

Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Levski"yə uduzaraq (0:1, 0:2) mübarizəni dayandırıb.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:19

Romulo "Göztəpə"dən "Leypsiq"ə transfer olundu

Futbol
Bu gün, 19:58

Derrik Köhn "Verder"ə transferə yaxındır

Futbol
Bu gün, 19:56

"Çelsi" Çukvuemekanın icarəyə verilməsi təklifini rədd etdi

Futbol
Bu gün, 19:52

Azər Həşimov: "Hədəfimiz Premyer Liqada yerimizi möhkəmləndirmək və rəqiblərdən çəkinməyən komanda formalaşdırmaqdır"

Futbol
Bu gün, 19:35

Kaxaber Tsxadadze "Qəbələ"nin hədəfləri və oyun tərzindən danışdı

Futbol
Bu gün, 19:34

Azər Həşimov: Heç kimə rahat təslim olmayacağıq

Cüdo
Bu gün, 19:28

Cüdo məşqçiliyi üzrə sertifikatların təqdim olunması mərasimi keçirilib

Futbol
Bu gün, 19:26

Kaxaber Sxadadze "Qəbələ"nin qol imkanları və təcrübə çatışmazlığı barədə danışdı

Futbol
Bu gün, 19:14

"Kəpəz" PFK-da kadr dəyişiklikləri: Yeni sədr və təyinatlar

Futbol
Bu gün, 19:11

"Kəpəz" PFK-da kadr dəyişiklikləri

Futbol
Bu gün, 18:59

Hans-Diter Flik: "Oyunçuların qeydiyyatı məsələsi məni qorxudur"

Futbol
Bu gün, 18:56

Misli Premyer Liqası: "Karvan-Yevlax" - "Qəbələ" oyunu heç-heçə başa çatıb

Futbol
Bu gün, 18:55

"Karvan-Yevlax" və "Qəbələ"nin heç-heçəsi

Futbol
Bu gün, 18:55

Misli Premyer Liqası "Karvan-Yevlax" - "Qəbələ" oyunu heç-heçə ilə başa çatıb

Futbol
Bu gün, 18:41

"Karvan-Yevlax" – "Qəbələ" matçı 1:1 hesabı ilə başa çatıb

Futbol
Bu gün, 18:41

"Karvan-Yevlax" - "Qəbələ" oyunu bərabərliklə başa çatdı

Futbol
Bu gün, 18:32

Premyer Liqanın İlk Qolları: Tarixlər və Müəlliflər

Tennis
Bu gün, 18:29

Emin Rzayev "Kazakhstan Junior Open Golf Championship" turnirinin qalibi olub

Futbol
Bu gün, 18:24

Petr Çex 26 illik münasibətdən sonra həyat yoldaşı Martina ilə ayrılır

Cüdo
Bu gün, 18:17

Cüdo məşqçilərinə sertifikatlar təqdim olundu: Beynəlxalq Cüdo Federasiyası Akademiyasının mərasimi

Futbol
Bu gün, 18:17

"Qəbələ" "Karvan-Yevlax"ı məğlub etdi: Şamaxıda mövsümün ilk qolu Massumonun hesabına yazıldı

Futbol
Bu gün, 18:16

"Qəbələ" "Karvan-Yevlax"ı məğlub etdi: Misli Premyer Liqasına qələbə ilə start

Futbol
Bu gün, 18:11

"Karvan-Yevlax" – "Qəbələ" matçı: Hesab 0:0 (CANLI)

Cüdo
Bu gün, 18:09

Cüdo məşqçiliyi proqramının iştirakçılarına sertifikatlar təqdim olundu

Oxşar xəbərlər