UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün Bolqarıstanda "Levski"nin qonağı olacaq "Sabah" dəstəklsiz qalmayacaq.
Bu barədə "Report"a Bakı klubunun mətbuat katibi Elnur Həmidov məlumat verib.
Klub rəsmisi komandanı səfər matçında 20-yə yaxın azarkeşin dəstəkləyəcəyini bildirib.
Qeyd edək ki, "Levski" - "Sabah" görüşü Bolqarıstanın paytaxtı Sofiyadakı Georgi Asparuxov adına stadionda, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.