Peşəkar Futbol Liqasının qərarı ilə "Zəfər turu" adlanıdırılan 11-ci tura "Sabah" və "Şamaxı" futbol komandaları arasında keçirilən qarşılaşma ilə ykun vurulur.
İdman.Biz xəbər verir ki, görüş "Sabah Arena"da keçiriləcək və saat 17:30-da başlayacaq.
Matçın baş hakimi Kamal Umudlu olacaq. Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək.
VAR hakimi Rəvan Həmzəzadə, AVAR hakimi isə Eyyub İbrahimov təyin olunub. Qarşılaşmanın hakim-inspektoru Munis Abdullayev, AFFA nümayəndəsi isə Elçin Məmmədov olacaq.
Hazırda "Sabah" doqquz oyundan topladığı 20 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Şamaxı" isə 10 oyundan qazandığı 13 xalla yeddinci yerdədir.
"Sabah" qələbə qazanacağı təqdirdə xalını 23-ə çatdıraraq ikinci pilləyə yüksələcək və lider "Neftçi" ilə xal fərqini minimuma endirəcək.
Qeyd edək ki, "Sabah" əvvəlki turda "Turan Tovuz"a 2:3, "Şamaxı" isə "Neftçi"yə 0:1 hesabı ilə məğlub olub.